Bələdiyyə seçkilərində "Exit-poll” keçirilməyəcək

 

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar "Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Bunu APA-ya açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş. Əsədli deyib ki, ümumiyyətlə, yerli seçkilərdə "Exit-poll” keçirmək geniş yayılmış praktika deyil.

Qeyd edək ki, Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə və "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, "Exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün MSK-ya səsvermə gününə ən azı 20 gün qalanadək, yəni dekabrın 3-dək sənədlərini təqdim etməli idi. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni dekabrın 13-dək bələdiyyə seçkiləri ilə əlaqədar "Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməli idi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300