Bizi necə izləyirlər? -ÜZƏRİMİZDƏ GƏZDİRDİYİMİZ "DÜŞMƏN”

 

 

Son illərin ən aktual mövzularından biri olan telefonların xüsusi xidmət və ya hüquq mühafizə orqanları tərəfindən dinlənilməsidir.JAMAZ.İNFO xəbər verir ki, bununla əlaqədar dünyada skandala səbəb olacaq xeyli sayda hadisənin baş verməsinə rəğmən, Azərbaycanda hələlik bu səpkidə qalmaqallıq nəsə baş verməyib.

Amma mövzu aktuallığını qoruyur. Xüsusən də müxalif düşərgənin təmsilçiləri bəyan edirlər ki, onları təkcə dinləmirlər, həm də izləyirlər.

Qeyd edək ki, telefonların və ya fərdlərin izlənilməsi dünyanın bütün ölkələrində baş verir. Hətta demokratiyanın beşiyi sayılan ABŞ-da belə bu hallar var və vaxtaşırı skandala da səbəb olur. Yarımazad və diktatura rejimlərində isə durum daha kritikdir. Çünki belə ölkələrdə izləmələr total şəkil alır, bəzən açıq şəkildə baş verir. Bəs, Azərbaycanda vəziyyət necədir?

Rəsmi qurumlar bəyan edir ki, Azərbaycanda heç kəs izlənilmir və heç kimin mobil telefon danışıqları dinlənilmir. Aydın məsələdir ki, bunlar publika üçün verilmiş bəyanatlardan başqa bir şey deyil. Elə ona görə də, telefonların izlənilməsini ilkin mərhələdə müəyyən etmək üçün bir neçə hala diqqət etmək lazımdır.

JAMAZ.İNFO xəbər verir ki, telefonların izlənildiyi və dinlənildiyini müəyyən edən ilk əlamət mobil telefonunuzu işlətmədiyiniz halda həddindən artıq qızmasıdır.

İkinci əlamət batareyanın daha sürətli şəkildə enerjisinin azalmasıdır. Bundan başqa, açmadığınız proqramların arxa planda öz özünə işləməsidir ki, bu da izlənmə və dinlənmənin əlamətlərindən sayılır. Və ya telefondakı kameranın işığının öz özünə yanıb-sönməsi ilk baxışda sizdə "yəqin əlim dəyib” düşüncəsi yaradır. Lakin bunun özü də məlumat ötürülməsi və ya yer təyin etmələri üçün nəzərdə tutulan vasitələrdən biridir.

 

Əslində, mütəxəssislər bildirirlər ki, hal hazırda mobil telefonlar insanların birinci şahidləridir. Çünki onun yerini müəyyən etməklə yanaşı, nə danışdığını və həyatına aid bütün məlumatları özündə cəmləşdirir.

Kompyüterlərdə isə bu durum fərqlidir. Çox vaxt fərqli hadisələrlə rastlaşmağımıza rəğmən, onu əhəmiyyət vermirik. Məsələn, əlimizin altında olan noutbook və ya adi kompyüterlərimizdə "maus”un qəfil hərəkətlənməsi diqqətimizi çəksə də, buna əhəmiyyətsiz yanaşmışıq. Halbuki bu səbəbsiz deyil və proqramla əlaqəli deyil. Həmin hərəkət sizin hansısa məlumatınızı harasa ötürməyə xidmət edir.

Hesablara aid parolların dəyişməsi isə aşkar müdaxilədir və bunu geniş izah etməyə gərək yoxdur.

Belə olan təqdirdə, izlənmə və dinləməni önləmək üçün nə etmək lazımdır? Etiraf edək ki, indiyə qədər təklif olunan vasitələr vəziyyətdən çıxmaq üçün sadəcə, qısa müddətli işə yarayır. Çünki zaman içində xüsusi xidmət orqanları da daha dərin araşdırmalar aparmaqdadırlar və onlar hər zaman adi insanlardan bir addım qabaqda olmağa çalışırlar. Ancaq bütün bunlara rəğmən, ilkin mərhələdə bəzi addımların atılmasının faydası var. Məsələn, istifadə edilə parolların mütəmadi olaraq dəyişdirilməsi, onun daha çətin rəmzlərlə əvəzlənməsi bu qəbildəndir.

Bir digər vasitə kimi, kamera, mikrofon, "galeri”, location sisteminə bağlı proqramları istəyən hansısa davranışdan şübhələnmək lazımdır. Çünki bunlar giriş üçün imkanların yaradılmasına xidmət edir.

Vacib məqamlardan biri də cihazların izləndiyindən şübhələndikdə, məlumatları flaş kartda toplayıb, telefon və ya kompyüterinizə format verin. Bu zaman sizə qulaq asmaq istəyən və ya sizini haqqınızda məlumat toplayan tərəfi növbəti əziyyətə salacaqsınız. Və onun bir müddət sizdən xəbər tuta bilməyəcəyi anlamına gəlir.

Maraqlıdır ki, kompyüterlər və telefonlarınızın kameraları da əsl "kəşfiyyatçı”dır. Mütəxəssislər bildirirlər ki, gecələr yatdıqda və ya kameranı işlətmək üçün zərurət olmadığı halda onun lentlə bağlamağınız məsləhətdir.

Beləliklə, biz istəsək də, istəməsək də bizi izləyirlər. Bu dünyanın hər yerində belədir və bundan sonra da belə olacaq. Vəziyyətdən çıxmaq və ya müvəqqəti də olsa bu şübhələrdən xilas olmaq üçün isə həmişə bir yol var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300