İcra başçısı 1-ci qrup əlilin məktubuna "YOX” cavabı verdi – "məktub yetişmədi”…

 

Bu ilin 20 avqust tarxindəAbşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə GülməmmədovaXırdalan şəhərində şəhid ailələri, müharibə veteranları və əlilləri üçün inşa edilmiş binada yaşayan sakinlər ilə görüşür. Görüş zamanı xanım icra başçısı bildirir ki,hər zaman insanların arasında olmağa, sakinləri narahat edən qayğıları onların dilindən eşitməyə çalışıb. xanım başçı həmçinin deyir – "Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır”…

Və…

Bizimxeber.az-a müraciət edənXırdalan şəhəri,Rəşid Behbudov kücəsi 61 ünvanında yaşayanRəhimov Zəkəriyə adlı 1-ci qrup əlil ona qarşı laqeyd münasibətdən gileylənir. Yazır ki, hazırda 1-ci qrup əlildir və irsi xəstəlikdən əziyyət çəkir.

– "Mən Rəhimov Zəkəriyyə 1-ci qrup araba əliliyəm. 39 yaşım var. Abşeron rayonu Xırdalan şəhərində əlillər binasında yaşayıram. Eşitdiyimə görə, hər il əlillərə 30 manat maddi yardım ayrılır. Lakin mənə heç vaxt verilməyib. Bu barədə Xırdalan şəhərində yerləşən Sosial Müdafiə Şöbəsinə ərizə ilə müraciyət etdim. 10 gündən sonra 2-ci qrup əlil qonşum mənə xəbər verdi ki, "yardım pulu verilir, mən aldım”.

Bu şad xəbəri eşidib Sosial Müdafiə şöbəsinə getdim, mənə deyildi ki, "siyahıda sənin adın yoxdur”. Sual yaranır ki, mən 1-ci qrup araba əlili olsam da ( irsi xəstə) mənə yardım verilmir, lakin 2-ci qrup əlilə necə yardım verilir? Bu ayrıseçkiliyin səbəbi nədir? Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, araşdırılsın, sosial hər il 1-ci qrup əlilə pul ayrıır, o yardım mən əlilə niyə çatmır? Çox xahiş edirəm araşdırılsın”.

ZəkəriyəRəhimov yazır ki, bu ilin 20 avqust tarxindəAbşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə GülməmmədovaXırdalan şəhərində vətəndaşlarla görüşündə ona yaxınlaşıb və məktub verib, pensiya ilə dolana bilmədiyini bildirib. Yazılı formada təqdim edilən məktubu icra başçısı alaraq "sizin probleminizlə şəxsən məşğul olacam” deyərək 1-ci qrup əlili bir qədər ürəkləndirib.

1-ci qrup əlil yazır ki, məktubda icra başçısı İradə Gülməmmədovaya bunları yazıb: "İradə xanım, Sizdən xahişim odur ki, Xırdalan şəhərində 70-dən çox sahibkar var. Onlardan birinə deyin mənə ayda 50 manat kömək etsin”.

10 gün sonra icra başçısının müavini Fuad Cəbrayılovun imzası ilə Z. Rəhimova bildirib ki, məktubunuza müsbət cavab veriləcək, sadəcə bir qədər səbrli olun.İki aydan sonra isəZəkəriyəRəhimovun adına icra hakimiyyətindən belə bir məktub gəlib…

 

1-ci qrup əlil Z.Rəhimov hesab edir ki, ola bilsin bu cavab məktubu icra başçısının Fuad adlı müavini İradə xanımdan xəbərsiz yazıb. Əlil hələ də ümid edir ki, ona kims yardım edəcək.

Bütün bunlara baxmayaraq, şəxsən icra başçısı İradə xanıma verilmiş məktub boş qayıtmamalı idi. Hansı ki, 1-ci qrup əlil məktubunda o qədər də böyük maddi yardım istəməyib. Ayda 50 manat əlilə kömək etmək yəqin ki, icra başçısı üçün çətin iş deyil.

Bizimxeber.az
Şaiq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300