Finlandiya parlamenti ən gənc Baş Nazirin namizədliyini təsdiq edib

 

Finlandiya parlamenti ölkənin tarixində ən gənc Baş Nazirin – 34 yaşlı Sanna Marinin namizədliyini təsdiq edib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, yeni Baş Nazirin namizədliyini 99 deputat dəstəkləyib, 70 nəfər isə onun əleyhinə səs verib. Beləliklə, Sosial-Demokrat Partiyasının nümayəndəsi Sanna Marin həm ölkənin, həm də dünyanın ən gənc hökumət başçısı olub.

Finlandiyanın yeni Baş Naziri səsvermədən dərhal sonra bəyan edib ki, ölkədə sabitlik yaratmaq niyyətindədir. O vurğulayıb ki, gələcəkdə də sosial şəbəkələrdən istifadə edəcək, lakin müəyyən ehtiyat tədbirləri görəcək, çünki indi onun hər sözü və hərəkəti təhrif edilə bilər.

Qeyd edək ki, dünyada ən gənc Baş Nazir olan Sanna Marin ölkəni digər partiyaların da daxil olduqları koalisiya hökuməti vasitəsilə idarə edəcək. Bu beş siyasi partiyadan dördünə qadınlar rəhbərlik edirlər. Bundan başqa, Finlandiyanın yeni hökumətinin 19 üzvündən 12-si də zərif cinsin nümayəndələridir.

Bundan əvvəl Nəqliyyat naziri vəzifəsini tutan Sanna Marin yeni vəzifəsinə ölkədəki narazılıqların və tətillərin iqtisadiyyata ciddi ziyan vurduğu vaxtda başlayır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300