sitename

          Silahlı şəxslər təyyarəni qaçırdılar

 

Papua Yeni Qvineya adalarından birində 8 silahlı şəxs "Tropicair” aviaşirkətinə məxsus təyyarəni qaçırıb.

Uluyol.az xəbər verir ki, insident təyyarənin yanacaqla doldurulduğu Yeni Britaniya adasının cənubundakı Qasmat hava limanında baş verib.

Aviadaşıyıcının məlumatına görə, silahlı şəxslər təyyarəni ələ keçirdikdən sonra pilotu göyərtədə sərnişin olmadan istifadə edilməyən aerodroma uçmağa məcbur ediblər.

"Hava limanına çatdıqdan sonra silahlı şəxslər təyyarədə olan baqaj və yükləri oğurlayaraq qaçıblar”, – aviaşirkət rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində kapitan xəsarət almayıb, təyyarəyə zərər dəyməyib./Report/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300