sitename

             "Sevilya”nın adı, titulları bizi qorxutmur” - Qara Qarayev

 

"Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.az-a müsahibə verib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün səfərdə "Sevilya” ilə qarşılaşacaqları oyundan söz açıb.


-İspaniyaya hansı əhval-ruhiyyə, ümidlərlə getmisiniz?

 

- Əhval-ruhiyyəmiz yaxşıdır. Ümumi olaraq, komandamızda vəziyyət qaydasındadır. Düşünürəm ki, əhval-ruhiyyə ilə bağlı heç bir problemimiz yoxdur.

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, həm sizin, həm də APOEL-in qrupda 4 xalı var.

- Qrupdan çıxmaq şansımız artıq öz əlimizdə deyil. Şansları əlimizdən verdik. Artıq yalnız APOEL-in xal itkisi qrupdan çıxmaq şanslarımızı təmin edə bilər. Qrup mərhələsinin son 2 turunu gözləməliyik. Bundan sonra hər şeyə aydınlıq gələcək.

- "Düdelanj" ilk oyunda səfərdə APOEL-i məğlub etmişdi. Lüksemburq təmsilçisinin yenidən APOEL-dən xal alacağına ümid edirsiniz?

- Əlbəttə. Buradakı oyun qədər, Lüksemburqdakı oyun da bizim üçün vacib olacaq. Ümid edirəm ki, istənilən halda komandamızın növbəti mərhələyə yüksəlməsinə ehtimalları artıran nəticə olar.

- "Sevilya" hazırda ölkə çempionatında "Barselona" və "Real"dan sadəcə 1 xal geridədir və 3-cü pillədə qərarlaşıb. Yəni, komanda formadadır. Bu, sizi qorxutmur?

- "Sevilya"nın haqqında ancaq xoş sözlər demək olar. Qrup oyunları başlayandan sonra da "Sevilya" ölkə çempionatının ilk turlarında 1-ci yerdə idi. Xüsusilə, Avropa Liqasında yüksək nəticələr qazanmış komandalardan biridir. Səhv etmirəmsə, 5 dəfə ard-arda bu titulu qazanıblar. Bu da onların heç də zəif olmadığının sübutudur, əksinə, güclü kollektivləri var. Amma rəqibin adı, titulları bizi heç də qorxutmur. Sadəcə olaraq, hörmətimiz var və əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. "Sevilya”nın adı bizi daha da yaxşı motivasiya edir, nəinki qorxutmaq.

- "Qarabağ"ın adətən səfər komandası olduğu, səfərdə daha yaxşı çıxış etdiyi deyilir. Buna ümid edib, İspaniyadan müsbət nəticə ilə dönəcəyinizi gözləmək olar?

- Artıq futbol elə bir dövrə gəlib çıxıb ki, istənilən komanda istənilən səfərdən yaxşı nəticə ilə dönə bilər. Biz də buna ümid edirik ki, müsbət nəticə ilə evə qayıdacağıq, azarkeşlərimizi sevindirəcəyik. Sona qədər ümidimizi üzməməliyik. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq.

- "Atletiko"dan xal almışdınız, bunu "Sevilya" ilə oyunda etmək olarmı?

- Hər şey ola bilər. Mümkünsüz deyil. Ancaq çətin oyun olacaq.

- Komanda yoldaşınız Xayme Romero oyunla bağlı ümidsiz danışıb. Deyib ki, əvvəlki kimi çıxış edə bilmirik. Həqiqətən də komandanız çempionatda ardıcıl xallar itirdi və son turda da məğlub oldunuz. Bu, "Qarabağ”ın enişdə olması deməkdir, yoxsa?

- Hər bir komandada belə bir dövr olur. Yəni, istədiyi oyunu sərgiləyə, istədiyi nəticəni qazana bilmir. Bu, o demək deyil ki, komandamızda eniş var. Məşqlər, oyuna hazırlıqlar - futbolçuların formada qalması üçün hər gün, hər saat işlər gedir. Bu, həm yerli çempionatda, həm də Avroliqada belədir. Baxmayaraq ki, son zamanlar "Qarabağ" digər klublara nisbətən daha çox yüklənib. İstər milli komandaların matçlarına, istər Avroliqadakı görüşlərimizə, istərsə də Premyer Liqadakı qarşılaşmalarımıza görə oyunlarımız sıx qrafikdə olur. Xal itirməyimiz də normaldır. Böyük klubların hamısı xal itirə bilir. Yenə də çempionatda ilk pillədəyik. Düşünürəm ki, Avropa Liqasındakı şanslarımız son tura qədər qalacaq. "Qarabağ"ın enişdə olduğunu deməzdim. Bütün komandalarda belə hallar yaşana bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300