sitename

           Fəzail Ağamalı sabiq naziri özünə müavin təyin etdi

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr 2019-cu il sərancamı ilə sabiq maliyyə naziri Fikrət Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.

 

Bu barədə musavat.com-a Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də ziyalı ailəsində anadan olub. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmiş, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib.

Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.

2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.

2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilmişdir.

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.

Ailəlidir, dörd övladı var.

Etibar Seyidağa, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300