sitename

          "İndiki parlamenti formalaşdıran fiqurlar istefaya göndərilibsə...”–Əli Əliyevdən erkən seçki ŞƏRHİ

 

"Parlamentin indiki tərkibi hakim komandanı qane edə bilməzdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü ilə prezident İlham Əliyevə ünvanladığı müraciəti şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, Milli Məclisin buraxılacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilən idi:

"Baş verən proseslərin məntiqi hakimiyyətin bu parlamentdən imtina edəcəyini deyirdi.

Əgər ölkənin ali icra strukturlarındakı əsas fiqurlardan imtina olunursa, o şəxslərin fəlsəfəsi ilə formalaşmış parlament bügünkü komandanı qane edə bilməzdi.

Ona görə də, erkən parlament seçkilərinə gediləcəyi gözlənirdi. Gedişat göstərirdi ki, parlamentin tərkibi dəyişdiriləcək”.

VİP sədri vurğulayıb ki, hazırkı parlament Azərbaycan cəmiyyətinin "buxov”una çevrilib:

"Hazırkı parlament cəmiyyəti inkişafdan geri saxlayır. Demirəm ki, növbəti parlament daha yaxşı olacaq, ancaq hazırkı heyətin buraxılması böyük işdir. Təbii ki, bunun yerinə daha pisi gəlməmək şərti ilə”.

Səxavət Məmməd

www.yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300