sitename

        Tofiq Yaqublu azadlığa çıxıb 

 

Nigar Həzi: "Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”

 

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.

 

Bu barədə qızı Nigar Həzi feysbukda məlumat yayıb.

 

O, atasının az öncə həbsdən çıxıb, evə gəldiyini deyib.

 

Daha öncə atasına həbsxanada işgəncə verildiyini bildirən Nigar Həzi onun vizual olaraq yaxşı göründüyünü deyib: "Belə üzünə baxmaqla həmin işgəncənin hansı fəsadlara səbəb olduğunu demək çətindir. Ancaq həkimə gedəndən sonra bilinəcək səhhətində hansı problemlərin olduğu. Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”.

 

Tofiq Yaqublu oktyabrın 19-da Milli Şuranın mitinqində həbs edilmişdi. Ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Tofiq Yaqublu 30 günü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300