sitename

          Erməni jurnalistlərinin Bakıya səfəri barədə-AÇIQLAMA

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfər edəcəyi də gözlənilir.

Bir neçə gün öncə, noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbəri "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləmişdi.

Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi.

Uluyol.az xəbər verir ki, modern.az erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyəçalışıb.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə omadığınıbildirib:

"Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələyə heç bir şərhinin olmadığını bir daha qeyd edib:

"Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə məsələyə münasibət bildirəcəyini deyib:

"Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə cavabım olacaq. Bir azdan bu barədə feysbuk səhifəmdə fikirlərimi yazacam”.

Qeyd edək ki, erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.

Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin "vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün”jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300