sitename

                                 Pak həyat

İslamın əziz peyğəmbəri Hz. Muhəmmədə (s) dair bir neçə əsas məsələyə diqqət olunmalıdır:

 

1- Həzrət buyurub: "Mən məhz əxlaqi keyfiyyətləri cəmiyyət arasında həyata keçirmək üçün və əxlaqi dəyərləri kamilləşdirmək üçün seçilmişəm". Bu məsələ açıq-aşkar göstərir ki, Adəmdən Xatəmə, bütün peyğəmbərlərin ən mühüm hədəflərindən biri əxlaqi dəyərlərin yayılmasıdır. Müasir dövrdə biz də əxlaqi dəyərlərə ehtiyacımız var. Əxlaqi dəyərlər cəmiyyətin əsas xəttini müəyyənləşdirir və cəmiyyətin təməlini təşkil edir.

 

2- İslam ümməti arasında həzrətin sevilməsi də onun əxlaqına görədir. Bildiyiniz kimi, tarixdən də oxuyuruq ki, ona "Muhəmməd Əmin" deyərdilər. Həzrətin xüsusiyyətlərindən biri də əmanətçi olması idi. O (maddi və mənəvi) bütün sahələrdə əmanətçi idi. İnsanların əmvalından tutmuş, abır-ismətləri və şəxsiyyətlərinə (heysiyyətlərinə) qədər.

 

3- Həzrətin İlahi maarifin qorunmasında göstərdiyi dözümlülük də digər diqqət olunası məsələlərdəndir. Qurani-kərim buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوااصْبِرُوا وَصَابِرُوا...

(Ali-İmran surəsi, 200-cü ayə) Müşküllər irəli gələndə səbir etmək lazımdı, biz inanmalıyıq ki, səbirlə çətinliklər asanlaşır.

 

Bu üç xüsusiyyət ən önəmli məsələlərdəndir ki, həzrətin PAK HƏYATında müşahidə edirik. Hazırkı dövrdə, biz də o üç xüsusiyyətə əməl etməliyik.

 

Hz. Peyğəmbər (s) barədə öyrənilməsi vacib olan məsələlərdən biri də budur ki, o vəfatından sonra ümməti başlı-başına buraxmadı, ümmətin taleyini iki dəyərli şeyə bağladı. "Səqəleyn" hədisində buyurdu: "Mən sizin aranızda iki dəyərli şeyi qoyub gedirəm, Allahın kitabı - Quranı və itrətimi (Əhli-beytimi) ki, onlar Qurani-natiqdirlər". Həzrət peyğəmbər özündən sonra bizi o iki dəyərli şeyə istiqamətləndirib. Həzrət Peyğəmbərin yolunu getmək istəyiriksə, ona həqiqətən tabe olmaq istəyiriksə onun iki yadıgarı Quran və Əhlieytdən daha möhkəm yapışmalıyıq.

[Möhsin Ğərəviyanın kanalından əxz olunub]

 

İlahiyyatçı-yazar: Şəhriyar Əliyev

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300