sitename

           8 deputat İvanişvilini tərk etdi: Tiflisdə yeni inqilab?

 

Gürcüstan parlamentinin seçki qanunvericiliyinə dəyişikliklə bağlı Konstitusiya düzəlişini qəbul etməməsi müxalifətdə bir-birinə zidd olan bütün partiyaları bir araya gətirib.

Axar.az xəbər verir ki, Leyboristlər Partiyasının ofisində toplanan müxaliflərin sırasına Vahid Milli Hərəkat, Avropa Gürcüstanı, Demokratik Hərəkat, Respublikaçılar, Qirçi, Vətənpərvərlər Alyansı və digər partiyalar da qatılıb. Görüşə İvanişvilinin keçmiş ortağı olan Mamuka Xazaradzenin yeni yaratdığı Lelo Partiyası da dəvət edilib. İştirakçılar arasında Gürcü Arzusu Partiyasının təsisçilərindən biri olan deputat Eka Beseliya, deputat David Çiçinadze də yer alıb.

Görüşdən sonra çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze müxalifətin bütün etiraz variantlarını nəzərdən keçirdiyini keçirdiyini bildirib. O, yekun qərar olaraq hökumətdən əsas tələblərinin növbədənkənar seçki keçirilməsi və keçid hökuməti yaradılması olduğunu bildirib.

Bu arada Gürcü Arzusu fraksiyasının tərkibində parçalanma yaşanıb. Belə ki, vitse-spiker Tamar Cuqoşvili partiyadan ayrıldığını bildirib. O, parlamentdə sözügedən düzəlişin əleyhinə səs verməyin onun üçün qırmızı xətt olduğunu söyləyib.

Cuqoşvili ilə bərabər partiyanı daha 7 deputat - Avropa İnteqrasiyası Komitəsinin sədri Tamar Xulordava, Təhsil Komitəsinin sədri Mariyam Caşi, Xarici Əlaqələr Komitəsinin sədri Sofi Kaçarava, deputatlar Dmitri Çkitişvili, İrina Pruidze, Georgi Mosidze, Zaza Xuçişvili də tərk edib.

Gürcüstan mətbuatı isə Bidzina İvanişvilinin proporsional seçki sisteminə keçidi dəstəklədiyini bildirib. Mətbuat Gürcü Arzusunun deputatı Dmitri Xundadzenin səsvermədən bir gün öncə İvanişvili ilə görüşdüyünü və oliqarxın ondan səsvermə ilə bağlı mövqeyini dəyişməsini tələb etdiyini, amma Xundadzenin fikrini dəyişmədiyini söyləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300