sitename

          Politoloqdan erməni oğlu Lavrov haqda şok faktlar

 

Tofiq Abbasov: "Putinin yerində olsaydım, onu nazir postunda saxlamazdım”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son günlər Azərbaycan gündəminin əsas tənqid hədəfinə tuş gələn isminə çevrilib. Buna səbəb də, onun İrəvana səfəri çərçivəsində və ondan bir gün qabaq Qarabağ mövzusunda verdiyi açıqlamalar, o sırada "Dağlıq Qarabağ xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirməsidir.

Məlumat üçün bildirək ki, Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur. Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Viktor Lavrov 5 yaşlı ögey övladına öz soyadını verir və beləliklə, Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir. Rusiya XİN-in rəhbəri dəfələrlə atasının erməni olduğunu və erməniləri sevdiyini dilə gətirib.

Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Tofiq Abbasov öncə Lavrovun nə zaman vəzifəsindən gedəcəyi barədə ehtimallarını səsləndirdi:"Onun vəzifədən getməsi məsələsini həll edəcək bir nəfər var, o da Putindir. Lakin burada bir məsələni dəqiqləşdirmək istəyirəm. Lavrov Ermənistan mətbuatının yazdığından fərqli olaraq, ikibaşlı danışmayıb. Əslində onun oradakı çıxışı bir qədər normal idi. Erməni ekspertləri özləri istədikləri kimi həmin fikirləri təhrif olunmuş formada çatdırıblar. Bu, başqa məsələdir ki, bəli, Lavrov dəfələrlə ermənipərəst mövqeyini sərgiləyib, Rusiyanın Xarici İşlər Nazirliyində erməni lobbiçiləri var, ola bilsin ki, onun özü belə onlara rəhbərlik edir. Bunun üçün də qeyd etmək istəyirəm ki, Azərbaycan hər zaman güclü olmalıdır, ordusunu daim hazır vəziyyətdə saxlamalıdır. Çünki onsuz da əvvəl-axır bu məsələ hərbi yolla öz həllini tapacaq. Lavrov ermənipərəst, lap erməni olsa belə, anlayır ki, münaqişə tərəfləri arasındakı güc fərqi müqayisə olunmayacaq dərəcədə böyükdür”.

 

Müsahibimiz Lavrovun Kreml üçün əhəmiyyətindən də söz açdı:"Rusiya kimi dövlətlərdə xarici işlər naziri dövlət başçısının tapşırıqları, onun siyasəti əsasında hərəkət edir. O heç bir zaman özbaşınalığa yol verə bilməz. Bu, aydın bir məsələdir ki, Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir. Hətta deyərdim ki, yarım subyektdir. Onun müstəqilliyi şərtidir. Lavrov uzun zamandır bu postda çalışırsa, demək ona həm etimad var, həm də o bir qulluqçu, sadiq bir əməkdaş kimi prezidentin dediklərini olduğu qaydada həyata keçirir, kifayət qədər düzgün mövqe sərgiləyir. Əgər onunla bağlı narazılıq olardısa, XİN rəhbəri vəzifəsində olmazdı. Bundan əvvəl o vəzifədə olanlar oldu, amma bu postu doğrulda bilmədilər. Bu müddət ərzində, hətta prezident seçkilərindən sonra belə xəbərlər gedirdi ki, o artıq yorğundur, postunu tərk etmək istəyir. Açığı Putinin yerində olsaydım, Lavrovu o postda saxlamazdım. Niyə? Bu adamın bir qızı var. O artıq Amerika vətəndaşlığını alıb. Necə ola bilər ki, Rusiya Federasiyasının, özü də Amerika ilə sərt münasibətlərdə olan bir dövlətin xarici işlər nazirinin qızı Amerika vətəndaşlığını alır? Lavrov bu postdan gedəndən sonra, çox güman ki, Amerikaya gedəcək. Hətta onun orada əmlakı da var. Onu da deyim ki, Lavrov BMT-də Rusiyanın nümayəndəsi kimi çalışarkən Rusiyanın dövlət pullarını birjalarda haradasa dövriyəyə buraxmışdı. Bunu sizə əminliklə deyirəm. Oradan qazanc əldə edirdi. Bilirsiniz ki, gecə-gündüz məsələsi var. Yəni Rusiyada gündüz olanda, Amerikada gecə olur. Bu yolla pulları birjalarda dövriyəyə buraxırdı ki, oradan qazanc əldə etsin. Bu faktlar təsdiq də olunub. Şəxsən mən o insana inanmazdım. Bu adam ilk növbədə alverçi xislətindədir. Digər tərəfdən, əgər bunun doğma balası Amerika vətəndaşlığını Rusiya vətəndaşlığından üstün tutursa, bu adamdan hansı vətənpərvərliyi gözləmək, yaxud hansı proseslərin məsuliyyətini etibar etmək olar? Bütün bunlar o anlama gəlir ki, Lavrov candərdi çalışır. Amma, heç şübhəsiz ki, o hələ nazirdirsə, demək ya xüsusi xidmətləri var, ya da Putinlə olduqca yaxındır ki, onunla vidalaşmaq istəmir”.

T.Abbasov Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasını bilavasitə Lavrovun o postda qalması ilə əlaqələndirmir:"Bu tək Lavrovdan asılı məsələ deyil. Rusiya siyasi elitasında çox tirəlik var. Bu ölkənin vahid siyasi elitası yoxdur. Şimal qonşumuzda siyasi dəhlizlərdə, Dumada, bir sıra təşkilatlarda artıq Azərbaycan lobbisi peyda olub. Bizim diplomatiya işləyir. Sakit dayanmamışıq. Siyasi elitada müxtəlif qüvvələrə işləyən qruplar var. Fikrim ondan ibarətdir ki, Azərbaycanın gücü artdıqca, Ermənistan və onunla bağlı bərabər Qarabağ məsələsi bizim yaratdığımız o böyüyən kölgənin altına keçir. Onsuz da Qarabağ məsələsinin həlli gücdən keçir. Bunu Rusiya da çox gözəl bilir. Bu da bir sirr deyil ki, Rusiya ətrafında olan münaqişələrdən öz mənfəəti üçün çalışır”.

Cavanşir ABBASLI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300