sitename

           Patriarx Kirill: "Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”

 

"Son on illiklər dünyanın müxtəlif nöqtələrində çox saylı münaqişələr, terrorçuluğun görünməmiş vüsət alması ilə yadda qaldı”.

APA-nın xəbərinə görə, bunu Dünya liderlərinin II Bakı Sammitinin açılış mərasimində Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.

O bildirib ki, terrorçular günahsız, adi insanların qanını axıdırlar: "Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Almaniya, Fransa – bu son iki ildə dünyanı sarsıtmış terror aktlarının törədildiyi ölkələrin kiçik siyahısıdır. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı əsl müharibə gedir. Şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi insanların şüurunda və qəlbində gedən bu müharibənin ön cəbhəsində gənc nəslin nümayəndələri vuruşur. Ekstremist hərəkatların ideoloqları gənclərdə həyat təcrübəsinin olmamasından istifadə edirlər. Bu, dini liderlər üçün yeni bir şey deyil. Biz dini liderlər nəinki ekstremizmi rədd etməli və pisləməliyik, o cümlədən müqəddəs yazıya əsaslanan ailə, nikah, böyüklərə hörmət, insanın dini seçiminə hörmət, məzlumlara və kasıblara dəstək kimi şəksiz dəyərləri cəmiyyət daxilində yaymalıyıq”.

Moskva və bütün Rusiyanın patriarxı Kirill qeyd edib ki, Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300