sitename

           Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq 

 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Püşk Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi - "Zaqatala”, "Kəpəz”, "Ağsu” və "Qaradağ Lökbatan”ın iştirakı ilə təşkil olunacaq. I Divizion təmsilçilərindən "Turan Tovuz" və MOİK kubok mübarizəsinə qoşulmayacaq.

Onlar reytinqlərinə əsasən 3 səbətə bölünəcəklər. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300