sitename

      Əvəz Zeynallı məhkəməyə gedir -baş redaktorun qadağası götürüləcəkmi?

 

Əvəz Zeynallı: "Biz ayda 400 manat ödəyə bilmərik axı...”

Xəbər verdiyimiz kimi, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib. Bu barədə Ə.Zeynallı özü sosial mediada müvafiq məlumat yayıb.

Baş redaktor qeyd edib ki, o, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyirmiş, ancaq onu sərhəd-keçid məntəqəsində saxlayıblar və ölkə xaricinə buraxmayıblar.

Noyabrın 12-də Ə.Zeynallı vəkili Elçin Sadıqovla nazirlikdə olub. O, son durum barədə "Yeni Müsavat”a bunları dedi:"Vergilər Nazirliyində olduq, müəyyən müzakirələr apardıq. Onlar deyirlər ki, 4 min manatı ödəyin. 10 ay ərzində ödəyə biləcəyimi də deyirlər. Bunlar tamamilə qeyri-qanunidir. Biz ayda 400 manat ödəyə bilmərik axı... Bizə zəng edəcəklərini dedilər. Bunlar ötən ayın 20-də Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Bu məhkəmə də iştirakım olmadan işə baxıb və qərar verib. Bunların hamısı gizli aparılıb. Təsəvvür edin ki, 4 gün ərzində qərar verilib və dərhal da Vergilər Nazirliyi məhdudiyyət qoyub. Məhkəmə qərarını hələ görməmişik. Onlara bildirdim ki, nə məhkəmədə olmuşam, nə də məhkəmə qərarından xəbərim var. Dedilər ki, iştirak üçün guya müraciət göndəriblər, tərəf iştirak etməyib. Tamamilə quraşdırma bir işdir. Nəticənin necə olacağını gözləyirik. Bu borc 2013-ci ildə barəmdə olan ittiham aktındakı borcdan yaranıb. Hökmdə ”Xural" qəzetinin guya borcdan yayındığı göstərilmiş və cərimələnmişdik. Həmin puldur. Maraqlısı odur ki, qanunla Vergilər Nazirliyinin pul tələb etmək ixtiyarı yoxdur. Pulu məhkəmənin qərarı varsa, müvafiq icra şöbələri tələb edə bilər. Bunu onlara izah etdik. Vəkil açıq şəkildə hər şeyi qanunla sübut etdi. Bunlar saxta yolla mənə cərimə kəsiblər. Acıqca şərt qoyulur ki, ya bu ödənilməlidir, ya da qadağa götürülməyəcək. Onu da qeyd edim ki, Vergilər Nazirliyi qərar verilən andan etibarən 5 il ərzində məbləği tələb edə bilər. Bu müddət də artıq keçib".

Əsabəli Mustafayev: ile ilgili görsel sonucu

 

Hüquqşünas Əsabəli Mustafayev hansı hallarda vətəndaşın ölkə xaricinə çıxışına qadağa qoyula biləcəyindən danışdı:"Aidiyyəti orqanlar bununla bağlı məhkəməyə təqdimat verə bilərlər. İstintaq orqanları sistemə ölkədən çıxış qadağasını yerləşdirirlər. Mənim də özümdə belə olmuşdu. Heç bir məhkəmə qərarı olmadan sistemə yerləşdirərək qadağanı qoymuşdular. İcraçılar, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi təqdimat verə bilərlər ki, məhkəmə həmin qərarı qoysun. Təəssüf ki, bəzi vaxtlarda məhkəmə iclaslarından şəxsin xəbəri olmur. Ona görə qərardan dərhal şikayət verə bilmir. Yalnız bir müddətdən sonra xaricə getmək istəyəndə məlum olur ki, onun qadağası var. Nəticədə bu da hazırlığa səbəb olur, eyni zamanda mənəvi və maliyyə zərərinə məruz qalırsan. Qanun tələb edir ki, o qərar veriləndən sonra mütləq həmin şəxs xəbərdar olunmalıdır. Çünki həmin şəxsin məhkəmə qərarından şikayət vermək hüququ var. Təsəvvür edin ki, belə qərarlardan üç gün ərzində şikayət vermək olar. Ona görə belə qərarlardan şikayətlər çox az olur. Xəbərim yoxdursa, qərardan necə şikayət verim? Bu istiqamətlərdə çox qanunsuz məqamlar baş verir. Edilən şikayətlər isə nəticə vermir. Görünür ki, Əvəz bəylə bağlı da buna bənzər qərar verilib, yəni xəbəri olmadan qərar çıxarılıb”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300