sitename

            "Diqlas”ın yerində nə tikiləcək? - 3 qurumun cavabı

 

"Diqlas” ticarət mərkəzində 26 mart tarixində baş vermiş dəhşətli yanğın hadisəsində yararsız hala düşən binanın söküntü işləri tamamailə başa çatıb. İndi isə hər kəsi sözügedən ərazidə hansı təyinatlı tikilinin inşa ediləcəyi maraqlandırır.

Məsələ ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, hazırda ərazidə heç bir iş aparılmır.

"Söküntü işi tam başa çatıb. Ancaq həmin ərazidə hansı işlərin aparılacağı ilə bağlı bizdə məlumat yoxdur. Çünki ərazi bizim balansımızda deyil. Ərazidə hansı işlərin aparılması ilə bağlı qərarı Bakə Şəhər İcra hakimiyyəti verə bilər”.

Bakı Şəhər İcra hakimiyyətindən isə bildirilib ki, bu barədə onlarda heç bir məlumat yoxdur:

"Bununla bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsi layihə verməlidir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirib ki, komitəyə "Diqlas” ticarət mərkəzinin yerində hansısa obyektin tikintisi ilə bağlı heç bir layihə təqdim olunmayıb.

Xatırladaq ki, sözügedən ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi iddia edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300