Qüdrət Həsənquliyev hökumətisiyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaiti artırmağa çağırdı
Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev dedi ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq prinsipi əsas tutulmalıdır. "Təəssüf ki, biz millət vəkilləri prezidentə bu məsələdə kömək etmirik”, deyə, deputat əlavə etdi. Q.Həsənquliyev əlavə etdi ki, neçə obyekt tikiləcəyi, hansı obyektə nə qədər vəsait ayrılacağı barədə deputatlara məlumat verilmir.
"Biz böyük özəlləşdirməyə getməliyik”, Q.Həsənquliyev əlavə etdi. Ardınca da dedi ki, gələn il özəlləşdirmədən büdcəyə 62 milyon manat vəsaitin cəlb edilməsi proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir.
Q.Həsənquliyev hökuməti siyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaiti artırmağa çağırdı.
E.PAŞASOY, Musavat.com