sitename

    Əli Məsimli: "Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır”

 

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Əli Məsimli bir sıra mühüm məqamlara diqqət çəkib.

 

"Azərbaycanın vergi və gömrük orqanlarında həyata keçirilən islahatlar 100 milyonlarla manat əlavə vəsaitin dövlət büdcəsinə daxil olmasına gətirib çıxarıb”, deyən Ə.Məsimli bildirdi ki, neft bumu dövründə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ildə 20 milyard dollar vəsait daxil olub. "Gələn il isə bu vəsait 7 milyard dollar ətrafında olacaq. Buna görə də Fonddan büdcə üçün götürülən vəsaitin indiki səviyyədə saxlanılmasını vacib hesab etmirəm. Çünki, gələn il ARDNF-dən götürülən vəsait onun gəlirlərinin 92%-ni təşkil edəcək. Bu, həddən artıq böyük rəqəmdir. Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır”, deputat əlavə etdi. Ə.Məsimli bildirdi ki, regionları bu prosesə cəlb etməklə, onların potensialından istifadə etmək lazımdır: "Məsələn, Şəkidə sənaye məhəlləsi qurmaqla onlarla yeni struktur yaranacaq. Bununla da 600 min əhalisi olan Şəki-Zaqatala zonasının iqtisadi fəallığını artırmaq olar. Bu, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”.

E.PAŞASOY, Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300