sitename

            Mustafa Kamal Atatürkün dəfnindən FOTOLAR

 

 

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 81 il ötür.

Qaynarinfo xəbər verir ki, Atatürk 19 may 1881-ci ildə Salonikidə dünyaya göz açıb. O, 57 illik qısa ömründə Türkiyə İstiqlaliyyət Müharibəsində Türk Milli Hərəkatına rəhbərlik edib və ölkəni Osmanlı İmperiyasının süqutundan sonra yaranan ciddi böhrandan çıxarıb.

 

Mustafa Kamal Atatürk Avropa ölkələri ilə Lozanna Sülh Müqaviləsini imzalayaraq Türkiyənin müstəqilliyinin beynəlxalq arenada tanınmasına nail olub. Böyük öndər 1923, 1927, 1931 və 1937-ci illərdə Türkiyə prezidenti seçilib və fəaliyyəti dövründə bir çox islahatlar və inqilabi dəyişikliklərlə tarixə düşüb.


Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə, saat 09.05-də qaraciyər serrozundan həyatını itirib. O, 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300