sitename

             "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib

 

"Xural”ın baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.

Musavat.com-un məlumatına görə, bu barədə Əvəz Zeynallı özü sosial mediada müvafiq məlumat yayıb.

Baş redaktor qeyd edib ki, o, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyirmiş, ancaq onu sərhəd-keçid məntəqəsində saxlayıblar və ölkə xaricinə buraxmayıblar.

Ə.Zeynallı daha sonra yazıb: "2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezident əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300