sitename

        Bundesliqada tur dava ilə yekunlaşıb

 

Almaniya Bundesliqasının XI turu qalmaqalla başa çatıb.

APA-nın məlumatına görə, "Frayburq” – "Ayntraxt” görüşü (1:0) kütləvi dava ilə nəticələnib.

Uzatma dəqiqələrində qonaqların müdafiəçisi David Abraham auta çıxan topun dalınca qaçıb. O, bu zaman "Frayburq”un baş məşqçisi Kristian Ştrayxla toqquşub.

54 yaşlı mütəxəssis sürətlə üstünə şığıyan futbolçu ilə toqquşmadan sonra müvazinətini saxlaya bilməyərək yıxılıb. Hər iki komandanın üzvləri hadisə yerinə qaçıblar və kütləvi dava başlayıb.

Matçın referisi Feliks Brix müdafiəçini meydandan qovub. Meydan sahiblərinin ehtiyat oyunçular skamyasındakı futbolçusu Vinçentso Qrifo da qırmızı vərəqə alıb.

Matçdan sonra hadisəyə münasibət bildirən K.Ştrayx onunla toqquşan oyunçunu gənc bizona bənzədib: "Abraham çox emosionaldır. Yanımdan qaçanda mənə dəydi. O, gənc bizondur, mənimsə 54 yaşım var”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300