sitename

        Evo Morales: "Boliviyada dövlət çevrilişi təhlükəsi var"

 

"Boliviyada dövlət çevrilişinə yönələn cəhdlər üzündən demokratiya təhlükədədir".

"Report” xəbər verir ki, bunu ölkə prezidenti Evo Morales bu yaxınlarda keçirilən seçkilərdə yenidən seçilməsinə qarşı keçirilən etiraz aksiyalarına bəzi polislərin də qoşulmasını şərh edərkən bildirib.

"Bacılar və qardaşlar, konstitusiya quruluşumuza qəsd edən, zorakılıqdan çəkinməyən müəyyən qrupların həyata keçirdiyi dövlət çevrilişi üzündən demokratiyamız təhlükə altındadır”, - deyə o qeyd edib.

Dövlət başçısı xalqı sülhü və insan həyatlarını qorumaq üçün demokratiyanı və konstitusiyanı dinc şəkildə müdafiə etməyə çağırıb.

Xatırladaq ki, ötən gün ölkənin azı üç şəhərinin polisi hökumətə qarşı etirazlara qoşulduqlarını açıqlamışdı. Müdafiə naziri Xavier Zavaleta da polisə qarşı hər hansı hərbi əməliyyatlara əl atmayacaqlarını, ölkə boyu on minlərlə vətəndaşın küçəyə çıxdığı bir vaxtda hökumətin hərbi qüvvələri işə salmayacağını bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300