sitename

        Ərdoğan: "Tramp qondarma "erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma "erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

"Artıq qondarma "erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300