sitename

               Türkiyəli məşhurlar simalardan Azərbaycan Dövlət Bayrağı Günündə möhtəşəm təbrik mesajı- VİDEO

Bu gün Azərbaycan Dövlət Bayrağı gününü qeyd edir.

Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları bu münasibətlə Azərbaycan xalqını "HaberGlobal”a göndərdikləri maraqlı video ilə təbrik ediblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

"Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bildirib ki, Azərbaycan Türkiyənin olmadığı yerdə həmişə onların hüquqlarını layiqincə müdafiə edib.

Türkiyə Böyük Millət Məclisinin sədrinin vəkili Levent Gök, CHP lideri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu, Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Şamil Ayrım, MHP rəhbərinin köməkçisi Mövlud Karakaya, AKP qrup başqan vəkili Məhəmməd Əmin Akbaşoğlu, tanınmış türkiyəli aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sərt, müğənni Hakan Peker, musiqiçi Mustafa Ceceli, futbol şərhçisi Tümer Mətin, tanınmış aparıcı Səba Tümer, aktyor Səlim Bayraqdar, müğənni Ebru Yaşar kimi tanınmış siyasət, ictimaiyyət və sənət dünyasından olanlar Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib, Bayrağımızın əbədi dalğalanmasını arzulayıblar.

 

 
ULUYOL.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300