sitename

           Müsavat piketə hazırlaşır, bəs digər müxalif partiyalar?

 

Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında sanksiyalaşdırılmış piket keçirdikdən sonra analoji qərarı Müsavat Partiyası verib.

Partiyanın mitinq müraciətinə BŞİH tərəfindən Lökbatandakı stadion göstərilsə də, Müsavat MŞ kimi meriya qarşısında aksiya planlaşdırıb.

Hakim partiya yetkililəri isə bildirirlər ki, müxalifətin şəhərin mərkəzində keçirdiyi piketlər, aksiyalar həm vətəndaşların rahatlığını pozur, həm də nəqliyyatın hərəkətini iflic edir.

İqtidar nümayəndələri bildirirlər ki, müxalifətin elektoratı varsa, Lökbatandakı meydanı da doldura bilər. Müxalifət isə BŞİH göstərdiyi həmin ünvanı uzaq hesab edir və qəbul eləmir.

Bəs, digər müxalifyönlü siyasi təşkilatların proqramına piket, mitinq nəzərdə tutulubmu?

Bu barədə sorğumuzu cavablandıran ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli "Yeni Müsavat”a bildirdi ki, hər bir siyasi təşkilatın və vətəndaş cəmiyyəti üzvlərinin sərbəst toplaşmaq hüququ var.

Onun fikrincə, sərbət toplaşma ilə bağlı məhdudiyyətlər artıq aradan qalxmalıdır və hökumət bu istiqamətdə spekulyasiyalara son qoymalıdır.

Natiq Cəfərli ile ilgili görsel sonucu

 

Natiq Cəfərli: "Parlament seçkiləri dövründə yürüşlərimiz, piketlərimiz tez-tez olacaq”

N.Cəfərli qeyd etdi ki, ReAl Partiyasının əsas hədəfi parlament seçkilərində iştirak, seçki dövründə isə kütləvi aksiyalar təşkil etməkdir:

"Təbii ki, parlament seçkiləri dövründə yürüşlərimiz, piketlərimiz nəzərdə tutulub. Hətta deyərdim ki, bu aksiyalar seçkiqabağı tez-tez olacaq.

Çünki dünya təcrübəsi də göstərir ki, seçki ilinin əsas atributlarından biri kütləvi aksiyalarla insanların seçkiyə marağını yaratmaq, onların fəal iştirakına çalışmaqdır. İndiki dövrdə isə aksiya planımız yoxdur, seçkilərə hazırlaşırıq".

Əhəd Məmmədli: ile ilgili görsel sonucu

 

Əhəd Məmmədli: "Hələlik bu elektoratın sıralarını genişləndirməyi prioritet seçmişik”

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli qeyd etdi ki, aksiyalar hər zaman gündəmdədir: "Lakin bizdə fərqli vəziyyətdir. Əvvəla, AĞ Partiya bu adda 3 ildir ki, fəaliyyət göstərir, ideoloji təşkilatdır.

Bu baxımdan Azərbaycanda spesifik elektoratımız var, onlar daha çox apolitik vətəndaşlardırlar.

Partiyaya üzv olana qədər onlar nə iqtidarın, nə müxalifətin yanında olublar. Hələlik bu elektoratın sıralarını genişləndirməyi, təşkilatlanmanı, güclənməyi prioritet seçmişik".

Partiya funksioneri bildirdi ki, partiya üzvlərinə fərdi qaydada aksiyalarda iştirak qadağası qoyulmayıb:"Lakin razılaşdırılmamış nümayişlər təşkil etmək, həmin apolitik elektoratı indidən risqə atmaq, polislə qarşıdurmaya səbəb olmaq istəmirik. Bununla belə, gələcəkdə aksiyalar istisna edilmir”.

Xəzər Teyyublu: ile ilgili görsel sonucu

 

Xəzər Teyyublu: "Azərbaycanda sərbəst toplaşmaq vərdişə çevrilməyib”

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, hakimiyyət mitinqlərə razılaşdırmaqda manipulyasiya edir:

"Bir partiyaya razılıq veriləndə, digərinə rədd cavabı verilir. Bu metodla siyasi fəallığın, cəmiyyətdəki aktivliyin qarşısı alır. O cəmiyyətlər inkişaf edir ki, orada vətəndaş mübarizəsi gedir.

Demokratik Qərb ölkələrində vətəndaşlar maaş artımından tutmuş mədəni haqlarına qədər tələblərlə nümayişlər keçirir. Azərbaycanda etiraz mədəniyyəti formalaşmayıb, sərbəst toplaşmaq vərdişə çevrilməyib".

Partiya yetkilisi KXCP-nin zamanında mitinqlər keçirdiyini açıqladı:"Ancaq partiyanın gündəmində aksiyalar məsələsi hələ ki yoxdur. İlk növbədə partiyanın rəhbər orqanlarında geniş müzakirələrdən sonra aksiya qərarı verilə bilər”.

Ağasif Şakiroğlu ile ilgili görsel sonucu

 

Ağasif Şakiroğlu: "Azərbaycan Xalq Hərəkatında aksiyalar müzakirə edilir, onların mövqeyini gözləyirik”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu dedi ki, partiyanın gündəliyində kütləvi aksiyalar var:

"Amma biz Azərbaycan Xalq Hərəkatı formatında fəaliyyətdəyik, onların qəti mövqeyini gözləyirik. Hazırda AXH aksiyalar keçirilməsini müzakirə edir”.

GAP sədri xatırlatdı ki, AXH dəfələrlə yürüş üçün BŞİH-ə müraciətlər edib: "Amma mənfi cavab almışıq. Hazırda AXH-də aksiyaların keçirilməsi yenə müzakirə olunur. Lakin bu il yoxsa gələn il keçirilməsinə baxılacaq”.

Emil SALAMOĞLU,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300