sitename

            Süni qidaların körpələrə yaratdığı təhlükə

 

Ekspert: "Bu gün görürük ki, körpə qidaları harada, necə gəldi satılır”

Azərbaycanda doğum müəssisələrində süni uşaq qidalarının satılması, bu qidaların keyfiyyəti məsələsi tez-tez gündəmə gətirilir. Belə ki, noyabrın 6-da səhiyyə nazirinin müaviniElsevər Ağayevdövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yeni doğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

Jurnalistlərə açıqlamasında E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər:"Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir”.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəriHande HarmancıAzərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib.

 

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Bəs Azərbaycanda süni uşaq qidalarının qiyməti necədir? Alıcılar onların keyfiyyətindən razıdır?

Onu da qeyd edək ki, sosial şəbəkələrdə tez-tez uşaq yeməklərinin qiymətlərindən narazılıqlar edilir. Valideynlər bildirirlər ki, uşaq hələ yeni doğulan zaman xəstəxanada ona süni qida verilir və uşaq çıxarılan zaman da resept formasında həmin süni qidanın adı da yazılır.

"Yeni Müsavat” olaraq mağazalarda süni qidaların qiymətləri ilə maraqlandıq. Müşahidə etdik ki, mağazalarda satılan uşaq qidalarının ən ucuzunun 1 bankası (300 qram) 8 manatdan baha qiymətə satılır. Mağazada bankası 30 manata olan uşaq qidaları da var ki, onların da üzərində yazılanlara görə bu qidalar zəif uşaqlara verilir və tərkibində əlavə gücləndirici maddələr var.

Mağazalarda satılan "kaşa”ların qiyməti isə 4 manatdan başlayır. Alıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, qidalar uşaqlarda köpün yaranmasına səbəb olur. Buna görə də əlavə çaylar da almaq məcburiyyətində qalırlar. Vəfa Şirinova adlı valideyn bildirdi ki, süni qidaları uşağa ilk günlərindən verir:

"Ucuz qidalar uşaqlarda daha çox köp yaradır. Bahalı qidalarda isə bu baxımdan vəziyyət bir qədər yaxşıdır. Son zamanlar qidaların qiymətində artım müşahidə edilir. Məsələn, 4-5 il bundan öncə "Nutrilon" adlı qidanın balaca bankası 11 manat idisə, hazırda bu, 15 manata satılır. Hansı mala tələbat çoxdursa, qiyməti enmək əvəzinə, qalxır. Yaxşı olar ki, bunu müvafiq qurumlar nəzərə alsınlar".

Söhbət etdiyimiz valideynlər bildirdilər ki, süni uşaq qidalarının tərkibində yad maddə aşkar etməsələr də uşaqlar üçün çatılan kekslərin, şiriniyyatların tərkibindən yad maddə aşkar etdikləri hal olub. Söylədilər ki, xüsusilə də vaxtının bitməsinə çox az qalan uşaqlar üçün nəzərdə tutulan məhsullara bu gün mağazaların vitrinində rast gəlmək mümkündür.

 

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ona da süni uşaq qidaları ilə bağlı şikayətlər daxil olur. E.Hüseynov bildirdi ki, həqiqətən də bu qidaların qiyməti kifayət qədər şişirdilib və baha satılır:

"Bizə bu yaxınlarda istehlakçı tərəfindən bir şikayət olmuşdu. Uşaq yeməyinin içərisi dolu idi çörək qurusu ilə. Yəni əmtəə bazarı qorunmayan zaman bu cür hallar baş verə bilər. Uşaq qidalarının demək olar ki, yoxlanması aparılmır. Laboratoriyalar çox zəifdir. Uşaq qidaları harada, necə gəldi satılır. Hələ 10 il öncə ”Körpələrin və erkən yaşlı uşaqların qidalanması üçün" qanun qəbul edilib və orada da körpə qida distributorlarına xeyli məhdudiyyətlə qoyulub. Eyni zamanda pediatrlarla distributorların əlaqəsi qadağan edilib. Ancaq bu gün görürük ki, körpə qidalar harada, necə gəldi satılır. Üstəlik də Azərbaycan ana südü ilə qidalanmaya görə Mərkəzi Avropa ölkələrindən xeyli geridə qalır. Azərbaycanda ana südü ilə qidalanmanın faizi çox aşağıdır. Burada pediatrların da yanlış addımları, distributorlarla işləməsi rol oynayır. Bu gün araşdırmalar nəticəsində belə məlum olur ki, ölkədə süni uşaq qidalarına tələb yüksəkdir. Tələb də yüksələn zaman keyfiyyət aşağı düşər. Ona görə də körpə qidasından yad maddənin çıxması mümkündür. Bu gün ölkədə süni uşaq qidalarının qiyməti də bahadır. Çünki pediatrlar distributorlara külli miqdarda pul ödəyirlər. Belə məlumatlar gəlir ki, doğum evində uşağa birinci gün süni qida verirlər. Bu, yolverilməzdir".//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300