sitename

           "Hazırda Bayıl və Badamdarda vəziyyət stabildir, ancaq...”

 

Əziz Qaralov Bakının sürüşmə zonalarındakı son durumdan danışdı

Havaların yağıntılı keçməsi ilə bağlı bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Məlum olduğu kimi Bakıda ənənəvi sürüşmə zonaları var ki, hər il xüsusilə payız aylarında bu ərazilərdə aktivlik nəzərə çarpır. Sürüşmə zonalarında qanunsuz evlərin tikintisi isə əlavə problemlərə yol açır.

Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.

Masazır ərazisində sürüşmə zonalarında tez-tez aktivləşmə müşahidə olunur. Ötən il sürüşmə zonasında uçan evlər barəsində material hazırlamışdıq.

 

Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov "Yeni Müsavat”a bildirib ki, Abşeronun Masazır qəsəbəsi yaxınlığında olan Zəli gölü deyilən ərazidə aktivlik qeydə alınıb:

"Bakının Bayıl yamacı və Badamdar şosesində sürüşmə zonasında isə vəziyyət stabildir. Yağışların intensivləşməsi nəticəsində sürüşmə üçün ənənəvi sayılan Zığda gərginliklə yanaşı çökmə də baş verib. Bundan sonrakı günlərdə də əgər intensiv yağışlar yağarsa, sürüşmə və çökmə aktivləşməsi baş verə bilər. Eyni zamanda yağışların miqdarı çoxalan zaman ənənəvi su basma yerlərində də aktivlik müşahidə oluna bilər. Savalan yaşayış massivində nisbi gərginlik hal-hazırda da hökm sürür. Zığda aktivlik hal-hazırda müşahidə olunur və gərginlik var. Evlərdə çatlar, müəyyən deformasiyalar əmələ gəlib, gərginlik var. Atmosfer çöküntüləri həddən artıq çox olduqda sürüşməyə meyilli ərazilərdə ilişmə qüvvəsi azalır. Torpaq qatı doyur sürüşmə baş verir. Badamdarda yaşayan sakinlərin yazılı xahişi ilə biz rəy vermişik ki, oradan keçən yol yalnız minik avtomobillərinin istifadəsi üçün müvəqqəti açıla bilər. Hazırda həmin yol dediyimiz şərtlər daxilində açıqdır”.

Onu da bildirək ki, Bayılda sürüşmə zonasında yaşayan əhaliyə kompensasiya verilib, köçürülüb. Bu ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırmışdı. Hazırda bayıl yamacındakı evlə sökülsə də, sürüşmə zonasında aşağıda yaşayan ailələr orada yaşamağa davam edirlər. Sakinlər "Yeni Müsavat”a bildiriblər ki, yuxarı hissədə olan evlər sökülən zaman onların yolu da dağılıb. Buna görə də hazırda yolsuzluq problemindən əziyyət çəkirlər. Sakinlər bildirdilər ki, ərazidə hər hansı bir sürüşmə müşahidə etmirlər. Evlərində isə əlavə çatlar əmələ gəlməyib./musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300