sitename

               Stomatoloqun qətli ilə bağlı Baş Prokurorluqdan açıqlama gəldi

 

"İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir...”

Bakı Şəhər Prokurorluğunda stomatoloq Elvin Nazim oğlu Həbibzadənin qətli ilə bağlı istintaq davam edir. Dəhşətli cinayət bu ilin oktyabrında baş verib. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov "Yeni Müsavat”a bildirdi ki, Elvin Həbibzadənin qəsdən öldürülməsi faktı üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə istintaq tədbirləri davam etdirilir.

"Faktla bağlı çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub. Səbuhi Ələkbərov və Rəşad Fətullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir” - deyə xidmət rəhbəri bildirib.

2 övlad atası olan 1987-ci il təvəllüdlü Elvin Həbibzadə oktyabrın 13-dən 14-nə keçən gecə Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində öz maşınında qətlə yetirilib. Onun ölümündə iştirak edən Səbuhi Ələkbərov qonşusu, Rəşad Fətullayev isə sonuncunun bacanağıdır. Qətl Sahil qəsəbəsinin ərazisində törədiləndən sonra Səbuhi Ələkbərovla Rəşad Fətullayev meyiti gizlətmək üçün hərəkətə keçiblər. Elvin Həbibzadənin meyitini ona məxsus maşında Bakının Türkan qəsəbəsində bağlar massivində yerləşən Səbuhi Ələkbərovun babasına məxsus baxımsız bağa gətiriblər. Gecə yarısı meyiti 30 metr dərinliyi olan susuz quyuya atıb, izi itirmək üçün üzərinə qayma daşlar tullayıblar.

Mərhuma məxsus "BMW” markalı, Az 10 VP 103 nömrə nişanlı maşını isə Rəşad Fətullayev üzərinə saxta nömrə nişanları bağlamaqla Qızıldaş qəsəbəsinə aparıb. Orada söküb satmağı planlaşdırıb. Bəzi hissələrini satmağa macal da tapıb.

Səbuhi Ələkbərov isə qətldən sonrakı 10 gün ərzində Elvin Həbibzadənin yaxınlarının yanına düşərək onun axtarışlarında iştirak edib. Onları sakitləşdirməyə səy göstərib, Elvinin harasa getdiyini, qayıdıb gələcəyinə inandırmağa çalışıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməliyyatçıları Səbuhi Ələkbərova inanmayıblar. O isə Elvin Həbibzadənin Qaqo adlı şəxslə harasa getdiyini deməklə şübhələri üzərindən yayındırmağa çalışıb. Qızıldaş qəsəbəsində Elvin Həbibzadəyə məxsus maşın aşkar ediləndən sonra Rəşad Fətullayev saxlanılıb, məlum olub ki, o, Səbuhi Ələkbərovun bacanağıdır. Səbuhi Ələkbərovun dediyi Qaqo adlı şəxs də elə onun bacanağı Rəşad Fətullayevdir. Bundan sonra Səbuhi Ələkbərov dəhşətli cinayəti tam təfərrüatı ilə əməliyyatçılara danışmaq məcburiyyətində qalıb.

Səbuhi Ələkbərov Elvin Həbibzadəni namus məsələsinə görə qətlə yetirdiklərini söyləsə də, mərhumun yaxınları bu versiyaya inanmırlar. Deyirlər ki, cinayət tamah məqsədi ilə törədilib. Qətldən sonra baş verənlər - mərhumun maşınının sökülüb satılması planı, cibindən pullarının götürülməsini də bunun əksini sübut edir.

"Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda hər iki şəxs Bakı İstintaq Təcridxanasında(BİT) saxlanılır.

İstintaqın davam edəcəyi 4 ay müddətində hər iki şəxs BİT-də qalacaqlar.

E.MƏMMƏDƏLİYEV,  musavat.com 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300