sitename

        Professor Qulu Məhərrəmlinin 65 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR

 

BDU-nun Jurnalistika fakültəsində əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmlinin 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Onlarla gənc jurnalistin yetişməsində, bilik və bacarığının artırılmasındakı roluna diqqət çəkən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu tədbiri açaraq Qulu Məhərrəmlinin həyat və yaradıcılığından danışıb, qeyd edib ki, praktik jurnalistika ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Qulu Məhərrəmli elmi araşdırmalarında jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti, teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri, o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi məsələlərinə diqqət ayırıb.

Yubilyarın həyat və yaradıcılığına həsr edilmiş video çarx nümayişindən sonra tədbir iştirakçılarına Q.Məhrrəmlinin 65 illik yubileyinə həsr edilmiş "Kredo” qəzetinin xüsusi buraxılışı təqdim olunub. Tədbirin moderatoru Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli çıxışında qeyd edib ki, Q.Məhərrəmli ömrünü Azərbaycan televiziya jurnalistikasının inkişafına həsr etmiş qələm sahibidir: "Mətbuatda imzası ilə möhür vuran Qulu müəllim jurnalist fəaliyyəti ərzində məşğul olduğu peşənin qayda və tələblərinə sadiq olub, sənətinin öhdəsindən ustalıqla gəlib”.

"Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli təbrik nitqində qeyd edib ki, Q.Məhərrəmli işlədiyi bütün vəzifələrdə peşəkarlığını ortaya qoyub, işində tələbkarlığı ilə seçilib, cəmiyyətdə həmişə ləyaqətli yer tutub, şərəfli ömür yaşayıb və yaşayır.

Tədbirdə iştirak edən biologiya elmləri doktoru, akademik Elşad Qurbanov, professorlar Həmid Vəliyev, Nəsir Əhmədli, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Natəvan Dəmirçioğlu, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, ATV+ Kabel televiziyasının bədii rəhbəri Nəmənd Rüstəmov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasının prorektoru Sevinc Məmmədova, dosentlər Billurə Aslan, Sevil Həsənova, fakültənin IV kurs tələbəsi Şəbnəm Qurbansoy və başqaları həmkarları haqqında dəyərli fikirlər səsləndirib, onun Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib və ona xoş arzularını çatdırıblar.

Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə fakültə rəhbərliyinə, tədbirin təşkikatçılarına və iştirakçılara öz təşəkürünü bildirib.

Qeyd edək ki, Q.Məhərrəmli media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmini təmsil edib. Media problemləri, o cümlədən telejurnalistika üzrə ekspertlərdən biridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb. 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin izahlı və etimoloji lüğətlərin müəllifi olan professorun əsərləri ingilis, rus, çex, fars və koreya dillərində çap edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300