sitename

        Uşaq bağçalarına ayrılan ərzaq xərcləri niyə azaldıldı? –Ekspert səbəblərdən danışdı

 

"Məktəbəqədər təhsil üçün ərzaq xərclərinin azaldılması heç də yaxşı hal deyil. Bu azalma sonnəticədə uşaqların qidalanmasına mənfi təsir göstərəcək”.

 

Sfera.az-a açıqlamasında bu sözləri məktəbəqədər təhsil müəssisələrinə ayrılan ərzaq xərclərinin cari illə müqayisədə 2020-ci ildə 35 faiz azaldılaraq, 97,3 milyon manatdan 65 milyon manata endiriləcəyi məsələsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

 

Həmsöhbətimizin fikrincə, dövlət bu istiqamətdə öz yükünü azaltmaq qərarına gəlib:"Yaranmış vəziyyət belə deməyə əsas verir ki, dövlət bu məsələdə öz yükünü azaldıb, özəl sektorun payını artırmaqda maraqlıdır. Görünür, özəl sektora bu istiqamətdə müəyyən güzəştlər ediləcək ki, onlar uşaq bağçalarına daha keyfiyyətli və ucuz xidmət göstərə bilsin. Əks halda bağçalara ayrılan ərzaq xərclərinin 35 faiz azaldılması məktəbəqədər təhsil müəssisələrinə gələn uşaqların sayının azalmasına gətirib çıxaracaq. Bu azalma həmin sahənin maddi-texniki bazası və kadr potensialına mənfi təsir edəcək, uşaqlar üçün əlçatanlığı aşağı salacaq. 2019-cu ildə təhsilə 3 milyard manata yaxın pul ayrılıbsa, gələn il bu rəqəm artaraq 3,8 milyard manata çatdırılacaq. Belə olan halda, nədən məktəbəqədər təhsil müəssisələrinin ərzaq xərclərində azalma baş versin?”

 

Xatırladaq ki, Azərbaycanda uşaqların yalnız 25 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrə 123 min uşaq var.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300