sitename

       İlham Əliyevdən Saleh Məmmədova:"Şişirtmə bu rəqəmləri!"

 

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirakı zamanı Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova daha bir məsələdə irad tutub.

 

Belə ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər S,Məmmədov məlumat verərkən bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır".

 

İlham Əliyev:Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

 

Saleh Məmmədov:Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

 

İlham Əliyev:Bu layihə üzərində işləyin, onu edərik.

 

Saleh Məmmədov:Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

 

İlham Əliyev:Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

 

Saleh Məmmədov:Bağışlayın, üzr istəyirəm, cənab prezident.

 

İlham Əliyev:Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri.

 

Xatırladaq ki, həmin səfər çərçivəsində İ.Əliyev S.Məmmədova Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdə olması və bu barədə vaxtında məlumat verilməməsi ilə bağlı irad tutub.

 

afn.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300