sitename

        Çində pomidor "5G” texnologiyası ilə yetişdirilir

 

"Daoji Agriculture” şirkəti tərəfindən "ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən "ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir.


Lent.az "ictnews”a istinadla xəbər verir ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk "5G” baza stansiyaları istifadəyə verilib.


2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri "China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı ("World Internet Conference”) keçirilir.


"SCMP” nəşrinə müsahibəsində "Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin "5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.


Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. "China Mobile” şirkətinin "5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. "5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.


Həmçinin istixanada "5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300