sitename

              Zinəddin Zidan: "Qaret Beylin komandadan ayrılmasını xoş qarşılamıram"

 

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beylin taleyi ilə bağlı açıqlama verib.

"Report" "Football Espana"ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis uelsli oyunçunun Madrid təmsilçisində qalmasını istəyib.

Fransalı məşqçi mətbuatda gedən yazılara baxmayaraq, Beyl ilə münasibətlərinin yaxşı olduğunu sözlərinə əlavə edib: "O, gedişi barədə danışmayıb. Qışda onun ayrılmasını xoş qarşılamıram. Beyl yayda komandada qaldı və bu, hamı üçün ən yaxşı qərar idi".

Qeyd edək ki, Qaret Bayllə Çinin "Şanxay Şenxua” komandası maraqlanır. "Real Madrid” Beyli 2013-cü ilin yayında İngiltərənin "Tottenhem” klubundan həmin dövr üçün rekord məbləğ sayılan 100 milyon avroya alıb. O, cari mövsümdə İspaniya təmsilçisinin heyətində iştirak etdiyi 7 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Xatırladaq ki, Qaret Beylin kapitanı olduğu Uels yığması noyabrın 16-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300