sitename

                 Quranın Kərbəladakı təzahürü

Mərhəmətli, rəhmli Allahın adı ilə! Quran dəfələrlə buyurmuşdur: Məntiqlə və haqq fikirləşin, insanların sayı önəmli deyil: "...Lakin onların əksəriyyəti bunu bilməz!” (Ənfal surəsi, 34-cü ayə); "…Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!” (Tövbə surəsi, 8-ci ayə); "…Onların əksəriyyəti yalançıdır!” (Şuəra surəsi, 223-cü ayə). Quran belə təbirlərlə sayın və kəmiyyətin önəmsizliyini izah etmişdir. Quran buyurur hər bir addım və söz bəsirətə əsasən olmalıdır: (Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq…” (Yusuf surəsi, 108-ci ayə).

İmam Hüseyn (ə), həzrət Əbəlfəzl və imamın digər əshabı camaatı irşad etmək üçün on moizə etdilər.

Qurani-kərim fədakarları təhsin edir: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (Həşr surəsi, 9-cu ayə). Kərbəlada fədakarlığın çoxlu təzahürü gözə dəyir. Həzrət Əbəlfəzl Abbasın fədakarlığı bariz nümunədir.

Qurani-kərim əfv etmək, güzəşt və insanların üzürünü qəbul etmək barədə təkidlə sifariş etmişdir. Əfvin kərbəladakı bariz nümunəsi Hürr ibn Yəzid Riyahinin bağışlanmasıdır.

Qurani-kərim buyurur: "Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” (Əraf surəsi, 128-ci ayə); "…(Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha surəsi, 132-ci ayə). Kərbəladakı on minlərlə cinayətkarın adı qalmamışdır. Amma imam Hüseynin (ə) 72 əsgərinin adı hələ də qalmış, diridir.

Qurani-kərim Peyğəmbərə (s) buyurur: "Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)” (İnşirah surəsi, 4-cü ayə). Kərbəlada imam Hüseynin (ə) adı həmişəlik olaraq ucalmışdır.

Qurani-kərim buyurur: "Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!” (Zumər surəsi, 12-ci ayə). Yəni rəhbər öndə getməlidir. Kərbəlada imam Hüseyn (ə) övladı Əli Əkbəri (ə) Bəni Haşim gənclərindən öncə döyüş meydanına göndərdi.

Qurani-kərim buyurur:"(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar…” (Hud surəsi, 112-ci ayə). Kərbəlada imam Hüseyn (ə) və dostlarının düz yolda olduqlarını görürük.

Qurani-kərim insanların adını çəkmir. Ad çəkmək əvəzinə meyarlar və ölçüləri bəyan edir. Məsələn bəyan edir ki, Sizin mövlanız ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Camaat ayənin məqsədini araşdırmalıdır. Ayədə sözü keçən mövlanın kimliyini camaat axtarıb tapmalıdır. Kərbəlada imam Hüseyn (ə) demədi: Mən Yəzidə beyət etmirəm, buyurdu: "Mənim kimisi Yəzid kimisinə beyət etməz!”مثلى لايبايع مثله‏ Yəni haqq və batil arasındakı mübarizə olub, var və olacaqdır.

Qurani-kərim buyurur: "Və o kəslər ki, … pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər)…” (Rəd surəsi, 22-ci ayə). Kərbəlada Hürr imam Hüseynin (ə) yolunu bağladı, amma imam Hüseyn (ə) Hürrün qoşunundakı susuzlara və onların atlarına su verdi.

Qurani-kərim buyurur: İlahi övliyalara itaət edin, onlara vəfalı ardıcılı olun. İmam Hüseynin (ə) bəzi əshabı Aşura günü zöhr namazını qılmaq üçün canlarını düşmən oxlarına sipər etdilər. Can verərkən imam namazdan sonra onların yanına gəldi. Imamdan soruşdular ki, biz vəfalıyıqmı? Canlarını imamın yolunda verənə qədər öz vəfadarlıqlarında şəkk edənlər kimi soruşurdular!

Qurani-kərim bir çox ayələrdə tövhidə sifariş etmişdir. İmam Hüseynin (ə) buyurduğu cümlə isə belədir: Ilahi! "Səndən savayı məbud yoxdur” لَامَعْبُودَ سِوَاك‏

Qurani-kərim "nəhy əz münkər”-ə (Pis işlərdən çəkindirmək) və dini qeyrətə sifariş etmişdir. Kərbəlada imam Hüseynin (ə) qətlgahdakı son sözü bu idi, Yəzidin quşununa dedi: "Mənim xeymələrimə hücum etməyin! Mənim namusumun ehtiramını saxlayın, dininiz yoxdursa, heç olmazsa dünyanızda azad (mərd) olun!”

Qurani-kərim Allah dərgahına razılıq etmək və təslim olmağı tövsiyə etmişdir. İmam Hüseyn (ə) cəddi Peyğəmbərin (s) çiyinində olan gündən bədəni atların ayaqları altında qalan günədək razılıq halında və Allaha təslim idi.

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 78-80.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300