sitename

        "Əmr be məruf” və imam Hüseyn (ə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Əmr be məruf (yaxşı işlərə əmr etmək) oyaq vicdanın əlaməti, camaata məhəbbətin göstəricisidir. Əmr be məruf və nəhy əz münkər (pis işlərdən çəkindirmək) əməlisalehlərin ürəyini oxşayır, fəsad törədənləri kontrolda saxlayır və məzlumların hüququnu qoruyur.
   Laqeyd və sakit cəmiyyət ölü cəmiyyətdir və o xalq inkişaf edə bilməz. Həzrət Lut Peyğəmbər günah müqabilində səssiz qalan qövmünə buyurdu: "...Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?” (Hud surəsi, 78-ci ayə). Qurani-kərimə görə yaxşı işlərə əmr edənlər və pis işlərdən çəkindirənlər ən üstün ümmətdirlər. "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız…” (Ali-İmran surəsi, 110-cu ayə). Allah günahkarlara qəhr edib onlara bəla yolladıqda pis işlərdən çəkindirənləri o bəladan qurtarır: "Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah içlədikləri üçün şiddətli bir əzabla məhv etdik” (Əraf surəsi, 165-ci ayə). Namazın da bərəkətlərindən biri budur ki, insanı pisliklərdən çəkindirir: "…Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…” (Ənkəbut surəsi, 45-ci ayə). Yaxşı işə əmr edən, yaxşı işi yerinə yetirənin savabına şərikdir. (Biharul-ənvar, 97-ci cild, səh: 87). Əmr be mərufu tərk etmək şərr insanlarən fəsad törətməklərinə zəmin yaradır. Tarix boyu bütün peyğəmbərlərin missiyası əmr be məruf idi: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik…” (Nəhl surəsi, 36-cı ayə).
İmam Hüseyn öz qiyamının hədəfi barədə buyurur: "Haqqa əməl olunmadığını və batilin qarşısı alınmadığını görmürsünüzmü?!”
 أَ لَا تَرَوْنَ أَنَّ الْحَقَّ لَا يُعْمَلُ‏ بِهِ‏ وَ أَنَّ الْبَاطِلَ لَا يُتَنَاهَى عَنْه‏ 
(Qanımın axıdılmağına və şəhid olacağıma rəğmən) Mən yaxşı işlərə əmr etmək istəyirəm… (Biharul-ənvar, 44-cü cild, səh: 192). 
 إِنِّي‏ أُرِيدُ أَنْ‏ آمُرَ بِالْمَعْرُوف‏ 
"Əmr be məruf”-un mərhələləri var. Bəzi vaxtlar hətta şəhadətə qədər irəliləmək lazımdır. Necə ki, onun uğrunda müqəddəs qanlar axıdılıb: "(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!” (Ali-İmran surəsi, 21-ci ayə). 

Yersiz bəraətlər: 
Bəziləri öz sükutu üçün bəhanələr uydurur və aşağıdakı sözləri dilə gətirir:
Artıq iş işdən keçmişdir!
Bir gül ilə bahar olmaz!
Hər kəsi öz qəbirinə qoyacaqlar!
İsa öz dinində, Musa öz dinində!
Başqalarından mənə nə dəxli var!?
Bir şəxsin həyatına qarışmaq qadağandır!
Camaat məndən inciyər!
Xəcalət çəkirəm, heç kəslə üz-göz olmaq istəmirəm!

Amma imam Hüseyn (ə) isbatladı ki, bircə xalis hərəkətlə tarixi dəyişmək olar və bir gül ilə bahar olar. 
Biz tağutlarla mübarizə etməliyik. Atın taptağı altına getməli, amma zülümə boyun əyməməliyik. Başımızı nizələrə verməliyik amma zülm qarşısında başımızı əyməməliyik. Əmr be mərufun tez bir zamanda təsir edəcəyini gözləməməliyik. Çünki, "əmr be məruf” bəzən bir sözlə, bəzən bir hərəkətlə və bəzən də bir qiyamla neçə illər keçdikdən sonra öz təsirini göstərir.

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 76-77.
Höccətül islam vəl-müslimin Qiraəti.
Tərcümə etdi: Ə. Şəhriyar
 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300