sitename

           Quran sayəsində Aşura ziyarəti

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərimin önəm verdiyi məsələrlə biri də budur ki, yaxşılara və yaxşılığa məhəbbət bəsləmək, pislərə və pisliklərə nifrət etmək lazımdır. Qurani-kərim buyurur ki, düz yolda olmayan əmisindən uzaqlaşmağı İbrahimdən (ə) öyrənin: "...Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi)…” (Tovbə surəsi, 114-cü ayə). Hz. Peyğəmbər (s) özü də müşriklərlə elə rəftar etməyə məmur olmuşdur: "Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!” (Şuəra surəsi, 216-cı ayə).

"Bəraət” surəsi də onun göstəricisidir ki, təkcə yaxşılıqlar kifayət deyil, insan sözlə, yazı ilə, məktubla, göz yaşları ilə, nalə və fəryadla və əməllə pisliklərə qarşı çıxmalıdır, müəyyən bir üsulla öz nifrətini izhar etməlidir. Hər il milyonlarla müsəlman Minada, Allahın evinin kənarında İbrahim peyğəmbəri yamsılayaraq üç gün ardıcıllıqla şeytanın timsalına 49 daş atmaqla şeytana və şeytan kimilərə nifrətini nümayiş etdirirlər. Maraqlıdır ki, daşı atdıqdan sonra hacılar belə dua edərlər: "Allahım mənim həccimi qəbul et!”. Deməli, həccin qəbul olunması şeytandan və şeytanlıqdan uzaq olmağa bağlıdır.

Aşura ziyarətində imam Hüseyn (ə) və tərəfdarlarına yüz dəfə salam veririk. Onun müqabilində isə imamın düşmənlərini (onlar Allahın və dininin düşmənləridir) yüz dəfə lənətləyirik. Mina çölündə təkrar daş atmaq və ziyarəti aşurada təkrar lənətləmək ona işarədir ki, yaxşıları sevməyə və pislərə qarşı ədavətə adət etməliyik. Adət həmişə təkrar nəticəsində hasil olur.

Hz. Əli (ə.s) Allahın evi Kəbədə dünyaya gəlmişdir. Allah buyurur ki, Kəbənin başına fırlanın, təvaf edin ki, bu minvalla Əlinin yolu və eşqi sizin canınıza nüfuz etsin. Eşqsiz və nifrətsiz insan sadəcə nəfəs alan heyvan kimidir.

Hər gün on dəfə Allahdan istəyirik ki, bizi öz övliyalarının yolunda sabitqədəm etsin (saxlasın) və yolunu azmışlardan və qəzəb etdiyi şəxslərdən uzaq etsin: "Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə surəsi, 6-7-ci ayə). Kəbə daşını öpürük. Amma ona tərəf kiçik daşlar atmaqla cəmərat daşına nifrətimizi bildiririk.

Ərəfə günü imam Hüseynin eşqinə dua oxuyub göz yaşı axıdırıq. Amma onun səhəri gün Qurban bayramında əlimizə buçaq alıb qurban kəsməklə qan tökürük. Yəni bir əl ilə dua, o biri əldə isə silah olmalıdır. Müsəlman həyatının bütün sahələrində belə olmalıdır.

İmam Hüseynə salam göndəririksə bunu Qurandan öyrənmişik. Quran səmavi vəhy gətirənlər və ilahi rəhbərlərə salam verir:

"Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!” (Saffat surəsi, 79-cu ayə).

"İbrahimə salam olsun!” (Saffat surəsi, 109-cu ayə).

"Musaya və Haruna salam olsun!” (Saffat surəsi, 120-ci ayə).

"İlyasinə (İlyasa) salam olsun!” (Saffat surəsi, 130-cu ayə).

Hz. Peyğəmbərə (s) salavat göndəririksə bunu Qurandan öyrənmişik:"Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)” (Əhzab surəsi, 56-cı ayə). Əgər Bəni-üməyyəyə, yəni haqq imamın qatillərinə lənət göndərir və nifrət ediriksə, bunu da Qurandan öyrənmişik: "Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” (Əhzab surəsi, 57-ci ayə). Biz Allahın düşmənlərinə nifrət bəsləməyi və lənət etməyi peyğəmbərlərdən öyrənmişik: "İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.” (Maidə surəsi, 78-ci ayə). Biz qarğımağı Peyğəmbərimizin (s) davranışlarından öyrənmişik. Həzrət mübahilə hadisəsində buyurdu: "…Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran surəsi, 61-ci ayə). Bəzi günahkarları məhz Allah və peyğəmbərlər lənətləmir. Onları bütün lənət edənlər lənətləyər: "…Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.” (Bəqərə surəsi, 159-cu ayə).

Xülasə, bizim bütün ziyarətlərdə, məxsusən aşura ziyarətində etdiyimiz "salam”, "qarğış”, "lənət” və nifrətimiz Qurani-kərimin maarifindən qaynaqlanır.

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 90-92.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300