sitename

            Namaz və imam Hüseyn (ə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərim ən böyük surələrinin başında (Bəqərə surəsində) buyurur: "O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.” (Bəqərə surəsi, 3-cü ayə), həmçinin ən kiçik (qısa) surəsində (Kövsər surəsində) də namazdan söz açır. İmam Hüseyn (ə) da namazı qıldı, onu bərpa etdi: أَشْهَدُ أَنَّكَ‏ قَدْ أَقَمْتَ الصَّلَاةَ

Qurani-Kərim buyurur: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə surəsi, 43-cü ayə). İmam Hüseyn (ə) namazı camaatla, həm də düşmənin sıraları qarşısında qıldı.

Qurani-kərim həzrət Peyğəmbərə (s) müharibə meydanında necə namaz qılacağını öyrətdi: "(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər…” (Nisa surəsi, 102-ci ayə). İmam Hüseyn (ə) də müharibə meydanında bu ayəyə müvafiq namaz qılır.

Qurani-kərim namazı qeybi enerji verici bir mənbə hesab edir və möminləri ondan kömək almağa çağırır: "Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin…” (Bəqərə surəsi, 153-cü ayə). Imam Hüseyn (ə) müharibənin ən qızğın vaxtında, oradakı müşküllərə rəğmən namaz vasitəsi ilə Allahdan yardım istəyir.

Qurani-kərim namazı əvvəl vaxtında qılmağı tövsiyə etmişdir: "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl…” (İsra surəsi, 78-ci ayə). İmam Hüseyn (ə) Aşura gününün günorta namazını əvvəl vaxtında qıldı!

Həzrət İsa Məsih ömürünün sonunadək namaz qılmağa məmur olmuşdusa: "O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.” (Məryəm surəsi, 31-ci ayə). İmam Hüseyn (ə) ömürünün sonunadək namaz qıldı, namazla birlikdə oldu.

Elə şəxslər vardır ki, onları heç bir şey Allahı zikr etməkdən yayındırmaz. Qurani-kərim o şəxsləri tərifləyir: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (Nur surəsi, 37-ci ayə). İmam Hüseyn (ə) isə nəinki ticarət (alış-veriş), hətta canını qorumaq belə onu namazdan yayındırmadı, namazdan qafil olmadı!

Imam Hüseyn (ə) sadəcə namaz qılmadı. Həm də namaz qılanların namazını əsil namaz etdi. Rəvayətdə oxuyuruq ki, üç şey namazın qəbul olmasına səbəb olar: "Hüzuri-qəlb”, "nafilə” (müstəhəb namaz) namazları və seyyidüş-şühəda İmam Hüseynin (ə) türbəti. İmam Hüseyn (ə) bacısı Zeynəbə (ə.s) buyurdu ki, namazında mənim üçün dua et!

Namaz camaatla və açıq qılınmalıdır. İmam Hüseyn (ə) namazını xeymədə qıla bilərdi. Namazı da qəsr (şikəstə) idi. Amma namazını camaatla qıldı!

Aşura günü zöhr namazını qılarkən 30 ox imam Hüseynə tərəf atıldı. Yəni həmd surəsi, rüku və səcdənin hər kəlməsi müqabilində imam tərəfə bir ox atıldı.

Doğrusu, namaz nədir ki, aşura gününün əsr vaxtında imam Hüseynə (ə) hücum təklif olunur. Imam neçə dəfə danışıq aparıb müharibəni bir gün təxirə salır və buyurur: انی احب الصلاة"Mən namazı sevirəm”. "Mən namaz qılmaq istirəm” demədi, "Mən namazı sevirəm” dedi. Bizim çoxumuz namaz qılırıq. Amma namazı nə qədər sevirik!?

Zurarə İmam Sadiqdən (ə) Kəbə barədə soruşur: on illərdir ki, sizdən həcc və kəbə barədə sual soruşuram, yeni cavab verirsiniz. Sizin elminiz hara bağlıdır? Imam buyurdu: Adəmdən illər öncə olan kəbənin sirlərinin qurtarmağını istəyirsənmi?! İllər öncə Adəmdən qabaq olan kəbə və onun sirləri təkcə namazın qibləsidir. Qiblə namazın şərtlərindən biridir.

İmam Hüseyn (ə) bədəninin dəlik-deşik olmasına hazır idi. Amma namazın dəyərdən düşməsinə, əsla! Namazın yüngül sayılmasına əsla razı olmadı, icazə vermədi. Seyyidüş-şühədanın müqəddəs başı nizəyə keçiriləndə Quran tilavət edirdi. Yəni imamın başı bədənindən ayırıla bilər. Amma qəlbi və başı Qurandan ayrılmaz.

Ey İmam Hüseyn əzadarları!Aşuranın günortası haradasınız, imam Hüseyni (ə) və onun Kərbəladakı sonuncu namazını yada salın, aşura günü həzrət Məhdi (ə.c) ilə ixlasla və əzəmətli namaz qılın!

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 84-86.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300