sitename

            Kərbəlada qərarlılıq, ixlas, ruhiyyə və mərifət

Mərhəmətli, rəhmli Allahın adı ilə! Müasir dünya başqalarının himayədarlığına, texnologiyaya, məlumatlara, mal-dövlətə və gücə söykənir, İslam dini isə bütün bunların işə yararlığını və rolunu Allaha iman, ixlas, sevinc və qərarlılıqla ola biləcəyini düşünür.

 

Nümunələr:

Qurani-Kərimdə könülsüz namaz tənqid olunur: "…Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər” (1)

Qurani-Kərimdə könülsüz infaq tənqid olunur: "Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir” (2)

Işi könülsüz və bəhanə ilə yerinə yetirmək o işi etməməyə bərabərdir. Bəni-İsrail inəyi çoxlu bəhanələrdən sonra kəsdikləri üçün Quran-kərim buyurur: "…(Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər” (3).

Qurani-kərim müharibəyə könülsüz gedənləri dəfələrlə tənqid etmişdir: "Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız…?!” (4)

Qurani-kərim sadəcə zərurət yaranarkən Allaha üz tutmaq və iman gətirməyi də tənqid edir: "(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar” (5)

Təhlükə zamanı iman gətirmək Fironun işidir. Qərq olarkən "iman gətirdim” dedi, amma Allah onun cavabında buyurdu: "İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!” (6).

Kərbəlada ruhiyyə var idi. İmam Hüseyn (ə) buyurdu: "Ölüm gənc qızın boyunundakı boyunbağı kimidir”. İmam Hüseynin (ə) 13 yaşlı oğlu həzrət Qasim buyurdu: "Ölüm mənim üçün baldan da çirindir”. İmam Hüseynin (ə) dostları dedi: "Əgər dəfələrlə ölüb-dirilsək, yenə də səndən əl çəkməyəcəyik”. Sevinc razılıq və təslimdən də üstündür. Sevincin rişəsi yola, rəhbərə və hədəfə inanmaqdır. Ruhiyyəsizlik isə yola, rəhbərə və ya hədəfə inamsızlıqdan yaranır.

 

Qərarlılıq:

İslam dini insanın qərarlılığına diqqətlidir. Hətta insan ac və yoxsullara ixlassız baxarsa və bu baxış İlahi məqsəd daşımazsa dəyərsizdir. Quran surələrindən biri də "Əbəsə” surəsidir. Əbəsə surəsinin ilk on ayəsi şiddətlə tənqid edir ki, niyə görə kor insan gələrkən qaşqabağını tökdü?!:

 

"Qaşqabağını töküb üzünü çevirdi. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). Onun (küfrdən) təmizlənməsindən sənə nə?! Yüyürə-yüyürə sənin yanına gələn. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, Sən ondan üz çevirirsən!” (7).

Halbuki, kor nə qaşqabaqlılığı görər, nə də gülərüzlülüyü. İmam əsil islamı və qaşqabaqlılığı bir-birilə uyğun görmür. İslam dini dəyərləri camaatın başa düməyi və ya başa düşməməyi üçün deyil, rəsmi tanıyır.

İmam Hüseynin (ə) məqsədi xudbinlik, qüdrət əldə etmək və ya intiqam almaq deyildi. İmam Hüseynin (ə) özünün və dostlarının məqsədi cəddi Rəsulullahın dinini islah etmək idi. İmamın dostları mal-düvlət naminə və ya hansısa məqama çatmaq üçün deyil, Allahla müamilə etdilər. Bu üzdən imamın əsir düşmüş övladı Müaviyənin sarayında buyurdu: "Qumların sayı qədər Allaha şükür edirəm” الْحَمْدُ لِلَّهِ‏ عَدَدَ الرَّمْلِ‏ وَالْحَصَى‏. Zeynəbi Kübra buyurdu: "Gözəllikdən başqa bir şey görmədim” مارأيت إلّا جميلا. Əgər Allahdan başqa məqsədləri olsaydı, adətən belə şəxslər gileylənməli və şikayət etməlidilər.

Düzdür İslam dini insanın düşmənə qarşı hərtərəfli hazır olmasını dəstəkləyir: "Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin…” (8); elmi hətta Çində də olsa öyrənilməsini istəyir, insanların himayədarlığını bəyənir: "...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin…” (9), mal-dövlətə də qarşı deyil. Amma bütün bunlara vasitə gözü ilə baxmaq lazımdır. Müvəffəqiyyət isə yalnız Allahın köməyilədir (10), Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır (11).

 

Agahlıq və mərifət:

Hazırda mütəxəssis pilotlar bir məntəqəni bombalayarkən niyə bombaladıqlarını bilmirlər. Kərbəlada İmam Hüseynin (ə) yavərlərinin hamısı agah idilər. Kərbəlaya səfərdə imam başdan sonadək danışdığı bütün sözlərdən belə anlaşılırdı ki, bu səfərdə maddi gəlir və qayıdış olmayacaqdır. Dostlar ixlasla, eşqlə və tam agahlıqla azad seçim etdilər. İslamda agahlıqla hətta axıdılan göz yaşları belə dəyərlidir: "Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən…” (12). İnsanda əgər yəqin və inam oldusa işlərini tərəddüdlə etməz. Həzrət Zeynəbi Kübra Yəzidə belə dedi: "Mən səni alçaq və kiçik sayıram” انی استصغرک‏

Əgər insan mərifətlilik nəticəsində yəqinə çatarsa, püxtələşir və xamlıq eləmir. Amma əgər hisslərə qapanıb qızışsa, ola bilər ki, bir müddət sonra tərəddüdə qapanıb soyusun. Çünki, hər istilik soyuya biər.

Quranda iki növ daxil olma var; biri camaatın iman fəzasına daxil olması, o biri isə imanın camaatın qəlbinə daxxil olmasıdır. Camaatın iman fəzasına daxil olması asandır: "İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını görürük” (13), amma imanın qəlblərə daxil olması çətindir: "(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır…” (14)

Hal-hazırda bu sətrləri yazdığım vaxt Qədir-Xum bayramı gecəsi həzrət Əlinin (ə) Qədir-Xumda imamətə çatdığı gecədir. Həmin vaxtlar camaat dinə dəstə-dəstə daxil olur və təbrik deyirdilər. amma çox keçmədən Əlini (ə) tək qoydular. Çünki, iman qəlblərinə daxil olmamışdı. Camaatın dinə daxil olmağı ilə dinin camaata daxil olmasının fərqi bundadır!

 

Qeydlər:

1.Nisa surəsi, 142-ci ayə.

2.Tövbə surəsi, 54- cü ayə.

3.Bəqərə surəsi, 71-ci ayə.

4.Tövbə surəsi, 38-ci ayə.

5.Ənkəbut surəsi, 65-ci ayə.

6.Yunus surəsi, 91-ci ayə.

7.Əbəsə surəsi, ilk 10 ayə.

8.Ənfal surəsi, 60-cı ayə.

9.Maidə surəsi, 2-ci ayə.

10.Hud surəsi, 88-ci ayə.

11.Ali-İmran surəsi, 126-cı ayə.

12.Maidə surəsi, 83-cü ayə.

13.Nəzr surəsi, 2-ci ayə.

14.Hucurat surəsi, 14-cü ayə.

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 65-68.

Höccətül islam vəl-müslimin Qiraəti.

Çevirən: Ə. Şəhriyar.

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300