sitename

        Bakıda Albert Aqarunova heykəl qoyulur (FOTO)

 

Bakıda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulur.

 

Qaynarinfo xəbər verir ki, bu barədə şair Rauf Qərib Alagöz "Facebook" profilində məlumat paylaşıb.

 

Heykəldə A.Aqarunovun tank üzərinə təsvir edilib. Abidə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşdirilir.


 

 

 

Qeyd edək ki, bu il şəhidin 50 illik yubileyidir. Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən könüllü şəkildə cəbhəyə gedib. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən və şəhərə asılmalı olan "fəxri" erməni bayrağını daşıyan erməni Qaqik Avşaryanın 442 nömrəli tankı Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub.

 

Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. O,mövqeyini dəyişərkən öz tankının önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb və bu zaman snayperin gülləsinə tuş gəlib. Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

Onu da qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300