sitename

           İzzət və zillət Kərbəlada

Mərhəmətli, rəhmli Allahın adı ilə! İslam proqramlarında izzət məsələsinə xüsusi diqqət yetirmişdir. Əziz Allaha pərəstiş etmək izzət vericidir. Amma Allahdan qeyrisinin müqabilində (istər büt olsun istər başqa şey) bəndəlik eləmək zillətdir və insanı xar edər.

إِلَهِي كَفَى‏ بِي‏عِزّاً أَنْ أَكُونَ لَكَعَبْدا

İnsanların əlini qeyri məsum rəhbərlərin əlinə qoymaq insanlaığı təhqir etmək deməkdir və bəşərin zillət çəkməsi anlamına gəlir. Allahdan qeyrisi (hər kəs və hər nə) üçün iş görmək uduzmaqdır. خَابَ الْوَافِدُونَ عَلَىغَيْرِكَ، وَ خَسِرَ الْمُتَعَرِّضُونَ‏إِلَّا لَك‏

Islamda qeybət, nalayiq sözlər demək, istehza, təhqir etmək, tənə etmək, ifşa etmək, minnət qoymaq, camaatı pis adlarla çağırmaq və söyüş haramdırsa bu ona görədir ki, insanların izzətinə xələl gətirən işlərdir. Əgər zalımı tərifləmək Allahın ərşini lərzəyə gətirirsə bu ona görədir ki, izzətə layiq olmayanları əziz etmək düzgün deyil. İnsanın haqqı yoxdur ki, öz eyblərini, günahlarını və zəif cəhətlərini hətta ən yaxın dostlarına belə açıb desin. Çünki, bu, onun izzətinin qorunması üçündür. Əgər təşyi-cənazə, imkansızlara yardım etmək, xəstələrə baş çəkmək, borc vermək, get-gəl etmək və başqaların eyblərini ört-basdır etmək tapşırılıbsa, bu, insanların izzətinin qorunub saxlanmasına görədir.

 

Bir neçə nöqtəyə diqqət edin:

İzzət möhkəmlik deməkdir. Izzət imkanlı olmaq anlamına gəlməz. Ola bilər ki, bir kəsin heç imkanı olmasın, amma başqalarının təhdid və təşviqi ona təsir etməsin. Bu şəxs əzizdir və möhkəmdir. Ola bilər ki, bir şəxsin imkanı var, amma fərdlər və əşya ona təsir edə bilir və onu müəyyən istiqamətlərə əyir. Belə şəxs əziz ola bilməz, o zəlildir və xardır.

Bütün izzətlərin mənşəyi Allahdır, bu məsələ Quranda dəfələrlə qeyd olunmuşdur:

أَ يَبْتَغُونَ عِنْدَهُمُالْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِجَميعاً

"...(İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa surəsi, 139-cu ayə).

Haqqın müqabilində təvazökarlıq etmək izzətvericidir. الْعِزُّ أَنْ‏ تَذِلَ‏ لِلْحَق‏(Biharul-ənvar, 78-ci cild, səh 228). Şeytan öz izzətini od nəslindən olduğundan bilirdi. Halbuki onun izzəti Allaha itaət etmədə idi.

Dünyəvi izzətlər əslində zillətdir. Əmirul-möminin (ə.s) buyurur: "Dünya elədir ki, onun izzəti zillətdir. Gözəl miniyə sahib olmaq zahirdə izzətdir. Amma həqiqətdə bir növ ona bağlılıqdır və onun əsiri olmaq deməkdir. Yaxşı bağ və bostan əkinçilik üçün izzətdir. Bu şərtlə ki, onun bütün ömürünü və gücünü almasın. Elə bir izzət dəyərlidir ki, insanda təkəbbürə və fəxrə səbəb olmasın. İnsanın izzəti artıqca daxilən özünü kiçik görməlidir və təvazökarlıq etməlidir” (Məkarimul-əxlaq duası)

الهی اعِزَّنى‏ وَلا تَبْتَلِيَنّى‏ بِالْكِبْرِوَ لا تُحْدِثْ لي‏عِزّاً ظاهِراً الاَّ احْدَثْتَلي‏ ذِلَّةً باطِنَةً عِنْدَنَفْسى‏ بِقَدَرِها

"…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa surəsi, 141-ci ayə) Qurani-kərim kafirlərin möminlərə olan hakimiyyətini (nüfuzunu) əsla qəbul etmir, qadağan edir. Quran zülmü qəbul etməyi zülm etmək kimi haram sayır: لاتَظْلِمُونَ‏ وَ لا تُظْلَمُونَ‏ "...nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (Bəqərə surəsi, 279-cu ayə). Quran zillətlə və alçaq həyatı ölüm hesab edir, habelə, izzətlə və şərəflə ölümü isə həyat sayır. Quranın baxışında ölmək və öldürmək önəmli deyil, önəmli olan Allah yolunda olmaqdır: "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə surəsi, 111-ci ayə). Quran insana izzət verib buyurur: خَلَقَ‏ لَكُم‏ yaradılış sizin üçündür, "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (Bəqərə surəsi, 29-cu ayə); وَ نَفَخْتُ فيهِ مِنْ رُوحي‏Allahın ruhu sizdədir, "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” (Hicr surəsi, 29-cu ayə); Siz mələklərin səcdəgahısınız: فَسَجَدُواإِلاَّ إِبْليس‏ "Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi…” (Bəqərə surəsi, 34-cü ayə); Sən Allahın canişinisən: إِنِّيجاعِلٌ فِي الْأَرْضِ خَليفَة"Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam…” (Bəqərə surəsi, 30-cu ayə); Allah iman gətirənlərin vəlisi və başçısıdır: اللَّهُ وَلِيُّ الَّذينَ آمَنُوا (Bəqərə surəsi, 257-ci ayə); Peyğəmbərlər sizin atanızdır: "O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi…” مِلَّةَ أَبيكُمْ إِبْراهيم‏ (Həcc surəsi, 78-ci ayə); Sənin yaradılışında məqsəd var: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلاَّ لِيَعْبُدُون‏ (Zariyat surəsi, 56-cı ayə).

Kərbəlada İlahi izzətin təcəllasını görürük. Həzrət Qasim adlı 13 yaşlı gənc deyir: "Əgər islam ümmətinin rəhbəri Yəzid və onun tərəfdarlarıdırsa mənim üçün ölüm baldan şirindir”. Imam Hüseyn (ə) buyurdu: Bəni-Üməyyə mənim beyət və şəhadət arasında seçim etməmi istəyir, هيهات‏منّا الذلة, Kərbəlada imamın bədəni deşik-deşik idi, amma izzətinə zərrə qədər xələl gəlməmişdi. İmam Səccad (ə) və həzrət Zeynəb (s.ə) müxtəlif qəm-qüssələr çəkdilər, amma xütbələrindəki izzət və möhkəmlik Bəni-Üməyyənin taxt-tacını lərzəyə gətirdi.

 

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 81-83.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

 
 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300