sitename

          İmam Hüseynin (ə) hədəfləri və Quran

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərimdə fəsad tənqid olunduğu və onunla mübarizə aparmaq tövsiyə olunduğu kimi islahat məsələləri də bir o qədər təkidlə tövsiyə olunmuşdur. Quran məhz batini iman və təqva ilə kifayətlənmir. İslahat işlərini də iman və təqva üçün lüzumlu sayır. "...İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur…” (Ənam surəsi, 48-ci ayə); "…Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur…!” (Əraf surəsi, 35-ci ayə).

Allah-taala özü ilk islahatçıdır: "…onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır)” (Muhəmməd surəsi, 2-ci ayə). Bu üzdə camaatdan da istəmişdir ki, öncə öz eyblərini islah etsinlər: "Tövbə edənlər, özlərini islah edib düzəldənlər…” (Tövbə surısi, 146-cı ayə), sonra cəmiyyəti islah etməyə baçlasınlar: "… Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!” (Ənfal surəsi, 1-ci ayə). İslahatçı heç vaxt fitnə-fəsad törədənlərin ardınca getməməlidir: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf surəsi, 142-ci ayə) və islahatlar ədalətlə və qanun çərçivəsində həyata keçməlidir: "…(Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin…” (Hucurat surəsi, 9-cu ayə).

İslah yollarını öz üzünə bağlayan şəxs hətta peyğəmbər övladı olsa da yenə həlak olacaqdır:"(Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür…” (Hud surəsi, 46-cı ayə). İlahi övliyalar da Allahdan istəmişlər ki, Allah onları salehlərdən etsin: "Ey Rəbbim! məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!” (Şuəra surəsi, 83-cü ayə). Quran adətən imanı saleh əməllə bərabər bəyan edir: "İman gətirib yaxşı əməllər edənlər…”. saleh əməlin təsiri müəyyən zamana və məkana məxsus deyil, hətta gələcək nəsillər də yaxşı əməllərin bərəkətindən faydalana bilər: "…Onların atası əməlisaleh (bir adam) idi…” (Kəhv surəsi, 82-ci ayə). İnsan Allahın pak və halal nemətlərindən yeyib özünü islah etməlidir: "Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!...” (Muminun surəsi, 51-ci ayə). Yəni insan islah olmaq və islah etmək naminə yeyib-içməlidir. Allah yerin gələcək hakimiyətini saleh bəndələrinə verəcəkdir: "Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.” (Ənbiya surəsi, 105-ci ayə). İnsan özünü islah etdikdən sonra var gücü ilə cəmiyyətin islahına başlamalıdır: "…Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm…" (Hud surəsi, 88-ci ayə). Aydın məsələdir ki, islah etmək müqəddəs iş olduğundan bəzi şəxslər yalandan, özlərini islahatçı kimi göstərməyə çalışırlar. Amma Allah taala həqiqi islahatçıları yalançı islahatçılardan ayırır: "Onlara: "Yer üzündə fəsad törətməyin!”-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər” (Bəqərə surəsi, 11-12-ci ayə). Bəli, Allah həqiqi islahatçıları tanıyır: "…Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır…” (Bəqərə surəsi, 220-ci ayə). Allah həqiqi islahatçılara mükafat vədəsi vermişdir: "…Biz əməlisalehlərin mükafatını zay etmirik!” (Əraf surəsi, 170-ci ayə).

Bu məsələyə də diqqət etmək lazımdır ki, yer üzündə fəsad çoxaldıqca islaha ehtiyac daha çox olur. (Havanın hərarəti çoxaldıqca suya eftiyac bir o qədər çoxaldığı kimi), eləcə də, fəsad törədənlər nə qədər təhlükəli olsalar, bir o qədər dahi və böyük islahatçılara ehtiyac duyulur. Məsələn: Nəmrudun müqabilində həzrət İbrahim (ə), Fironun müqabilində həzrət Musa (ə) və Yəzidin müqabilində imam Hüseyndən (ə) başqa kim onların fəsadının qarşısını ala bilərdi!?

Aydın məsələdir ki, islahat proqramları həmişə məktubla, danışıqla və moizə ilə qabağa getmir. Bəzən elə bir məqam yaranır ki, insan özünü təhlükəyə atmalı olur. İmam Hüseyn (ə) İslamın ilk islahatçısıdır, ən çətin vəziyyətdə (şəraitdə) canını Haqqa tapşırıb, şəhid oldu.

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 73-75.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

 
 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300