sitename

            Vətəndaşla kobud davranan polis əməkdaşı cəzalandırılıb

 

Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) Qovlar Şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayev tərəfindən təhqir edilməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunmuş xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna münasibət bildirilib.

 

Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədov 23.08.2019-cu il tarixində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz RPŞ-yə müraciət edərək RPŞ-nin Qovlar Şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib. Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.

"Bundan başqa Vaqif Əhmədov Tovuz RPŞ-yə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - deyə E. Qasımov qeyd edib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300