sitename

              Vətəndaşlardakı qanunsuz silah- sursatı necə yığmaq olar?

 

Ekspert deyir ki, Azərbaycanda odlu silahın "qara bazarı” yoxdur, ancaq...

 

Tərtər rayon sakini, 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində qumbara ilə özünü partlatması gündəmin əsas mövzularındandır. Elmir Hüseynlinin qumbaranı haradan əldə etməsi məsələsini hüquq mühafizə orqanları araşdrımaqdadırlar. Baş Prokurorluq və Daxili İşlər Nazirliynin yaydığı birgə məlumatdan belə aydın olur ki, Elmir Hüseynli sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib. Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirmiş, səs-küyə həyətə gələn qonşusu - 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partlatmış, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Elmir Hüseynlinin törətdiyi hadisədən sonra növbəti dəfə əhalidə silah-sursatın yığılması məsələsi aktuallaşıb.

Azərbaycanda son illər qanunsuz silahlarla törədilən bir neçə hay-küylü cinayət baş verib. Zaman-zaman hüquq mühafizə orqanları odlu silahlarla cinayət törədən şəxslərin, dəstələrin yaxaladığını elan edir.

"Odlu silahların, sursatın əhalidən yığılması və sənədləşdirilməsi olduqca çətin prosesdir”.

Mahmud Hacıyev ile ilgili görsel sonucu

 

Mahmud Hacıyev

Bunu "Yeni Müsavat”a ehtiyatda olan polis polkovnikiMahmud Hacıyevdeyib. Onun sözlərinə görə, keçmiş sovet qoşunları 1992-ci ildə Azərbaycandan gedəndə, daha sonra Qarabağ müharibəsi dönəmində vətəndaşların əllərində çoxsaylı silahlar toplanıb: "Sovet qoşunları Azərbaycandan çıxanda faktiki olaraq silah-sursatı dövlətə təhvil vermədən atıb getdilər. Hüquq-mühafizə orqanları müəyyən tədbirlər həyata keçirərək silahların bir hissəsini yığdı. Ancaq silahların hamısını yığmaq mümkün olmadı”.

M.Hacıyev deyir ki, əllərdə silah olmasına baxmayaraq Azərbaycanda odlu silahın "qara bazarı” yoxdur:"Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir”.

Ekspert bildirir ki, bir sıra məmurların, iş adamlarının təhlükəsizlik məqsədilə öz mülklərində silah saxlaması faktları var: "Onların hamısı qeydiyyatdan keçmiş silahlardır. Bu insanlar o qədər də ağılsız deyillər ki, evlərində qeydiyyatsız odlu silah saxlasınlar. Xaricdən leqal yolla gəlir. Gizlin gələni də var, ancaq bu çox azdır. Bunlar da yüksək mənsəbli məmurların şəxsində qeydiyyata alınır və qanuniləşir”.

Sabiq polis rəisi silahların əhalinin əlinə keçməsinin bir səbəbinin də müharibə olduğunu bildirdi:"Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. Əksər insanlar da baxır ki, silah ona lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.

M.Hacıyev deyir ki, əvvəllər əhalidə daha çox silah sursat olub:"Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır”.

Hüquqşünas, "Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, qanunda kimlərin silah saxlamağa ixtiyarı çatdığı konkret göstərilib:"Xaricdə alınıb Azərbaycana gətirilən bütün silahlar üçün DİN-dən lisenziya alınmalıdır, hətta Azərbaycandan tranzit kimi istifadə edilməsi üçün də mütləq həmin nazirlik icazə verməlidir. O ki, qaldı vətəndaşlarda olan qanunsuz silahlar ölkəyə gizli yolla gətirilir. Mümkündür ki, silahlar sərhədlərdən gizli şəkildə keçirilir. Bunun qarşısını almaq həddən artıq çətindir. Elə cəmiyyətlər var ki, silah saxlanması leqallaşdırılıb. Ancaq bir çox ölkələrdə varlılar öz əmlaklarını qorumaq, qan davalarını çözmək üçün odlu silahlar əldə edirlər. Təbii, həm də cinayət törətməyə meylli qruplar və dəstələr də odlu silahların əldə edilməsində, sonradan istifadə edilməsində iştirak edirlər. Qanunsuz silah dövriyyəsi ilə daha çox təcrübəli kriminal qruplaşmalar məşğul olduğundan onların üzə çıxarılması o qədər də asan başa gəlmir”.

E.MƏMMƏDƏLİYEV, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300