sitename

           Azərbaycanda adambaşına düşən xarici dövlət borcu azalıb

 

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,2 ABŞ dolları və ya 0,9% azalaraq 1 iyul 2019-cu il tarixə 890,8 ABŞ dolları təşkil edib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 19,0%-ni təşkil edib.

V.Gülməmmədov qeyd edib ki, 1 iyul 2019-cu il tarixinə operativ məlumatlara əsasən dövlətin daxili borcu 1346,1 mln. manat (şərti öhdəliklər daxil olmaqla) təşkil edib. Bu, 01 yanvar 2019-cu il tarixə olan məbləğlə müqayisədə 25,9 mln. manat və ya 2 % çoxdur:"Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı məlumatlar dövlət müəssisələri üzrə 2019-2024-cü illər üzrə dövlət büdcəsinə 2960,8 mln.manat həcmində vəsait ödəniləcəyinin nəzərdə tutulduğunu göstərir.

Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini
ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300