sitename

           Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı -İrəvan susur (FOTO)

 

Ermənistan mediası avqustun 12-də təmas xəttinin Füzuli istiqamətindən fərarilik edərək Azərbaycan tərəfə keçən erməni hərbçisi barədə bəzi məlumatlar yayıb.

Musavat.combununla bağlı bildirir ki, 2019-cu ilin yanvarında hərbi xidmətə çağırılan Araik Kazaryan Ermənistan vətəndaşıdır. 19 yaşlı əsgər Ermənistanın Vayotsdzor vilayətinin (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd-red.) Yexeqis kəndindəndir. İşğal altındakı Qarabağda işgəncələrə dözməyib Azərbaycan əsgərlərinə könüllü təslim olan erməni əsgərin qardaşı da Ermənistan ordusunda xidmət keçir. Onun orduda müqaviləli xidmət keçdiyi bildirilir. A.Kazaryanın bir müddət əvvəl məzuniyyətdə olduğu bildirilir. Erməni tərəf iddia edir ki, onun yüksək əhval-ruhiyyəsi var imiş, heç nədən şikayətlənmirmiş. Orta məktəbdə yaxşı oxuyan Kazaryanın sonralar proqramlaşma işi ilə məşğul olduğu qeyd olunub. Tərxis olunandan sonra ali təhsil almaq niyətindəymiş.

Ermənistan tərəf əsgərin fərariliyi və Azərbaycan tərəfə keçməsi barədə Azərbaycan mətbuatından xəbər tutub. Maraqlıdır ki, hələlik əsgərin işgəncəyə məruz qalması və fərarilik etməsi haqda Ermənistan tərəfdən rəsmi açıqlama verilməyib. Görünür ermənilər hələlik bir bəhanə uydura bilmirlər.

Azərbaycanın işğal altındakı ərazilərdə xidmət keçənlərin dözülməz vəziyyətlə üz-üzə olması barədə çoxsaylı faktlar var və bunu ermənilər də etiraf edir. Üstəlik, Ermənistan vətəndaşının Qarabağda xidmət keçməsi işğalçının mahiyyətini növbəti dəfə ifşa edir. Hansı ki, erməni rəsmilər iddia edirdilər ki, Qarabağı "artsax əsgərləri qoruyur”. Kazaryanın döyüş postundan qaçması faktı göz önündədir.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300