sitename

         Bakıda qurbanlıq bazarında özfəaliyyət- Reportaj

 

Qurban bayramı ərəfəsində paytaxt ərazisində dövlət qurumlarının müəyyən etdiyi yerlərdən kənarda heyvanların satışı və kəsimi həyata keçirilir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, faktiki olaraq Yasamal ərazisində küçədə, səkilərin kənarında heyvan satışı, kəsimi həyata keçirilir. Xüsusən də Yeni Yasamal istiqamətində bu hallar müşahidə olunur.

Yol qırağında ayrı-ayrı yerlərdə qurbanlıq heyvanlar satışa qoyulub, həmçinin kəsimi yerinə yetirilir. Ancaq onlar gigiyenik qaydalara əməl etməyə çalışırlar.

Müxbirimiz öyrənib ki, hazırda qurbanlıq heyvanın diri çəkisi 6 manatdır, təmiz çəki isə 13 manatdır. Yəni, 12 kiloluq bir qurbanlıq təxminən 156 manata başa gəlir.

Qurbanlıq alanlar əsasən 15-18 kiloluq heyvanlara üstünlük verir. Yol kənarındakı yerlərdə qoyundan əlavə keçi də satışdadır.

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri birgə yaydığı açıqlamada əvvəlcədən xəbərdarlıq edib ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Dövlət tərəfindən Yasamal rayonunda müəyyən edilən ərazilər isə A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı, M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısıdır.

Qeyd edək ki, Qurban bayramı günlərində ölkə üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvan satışa çıxarılacaq.

"Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin "102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Qafqaz Müsəlmanları İdarəsi İçərişəhər cümə məscidinin axundu Hacı Surxay bildirib ki, qurban kəsən zaman uşaqların gözü qarşısında icra etməmək tövsiyə olunur.

Emil SALAMOĞLU,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300