sitename

       Bakıda heyvan kəsimi və satışı məntəqəsindən REPORTAJ

 

Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur.Hər il olduğu kimi, bu il də bayrama bir neçə gün qalmış Bakı və ətraf ərazilərdə qurbanlıq heyvanların satışı təşkil edilib. Eyni zamanda bayramla bağlı 44stasionar heyvan kəsimi məntəqəsi və30çadır tipli kəsim yeri vətəndaşların ixtiyarına verilib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar "Kənddən Şəhərə” yarmarkaları təşkil edib və25 000-dənçox qurbanlıq qoyun satışa çıxarılıb.

Musavat.com-un əməkdaşı olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi və yerli icra qurumları tərəfindən təşkil olunan kəsim məntəqələrində olub, oradakı vəziyyətlə maraqlandıq.

Öyrəndik ki, səhər saatlarından etibarən xeyli sayda vətəndaş qurbanlıq heyvanlarını kəsdirmək üçün bu məntəqələrə üz tutublar. Kəsim məntəqələrində AQTA tərəfindən təşkil olunan pulsuz laboratoriyalar da fəaliyyət göstərir. Eyni zamanda vətəndaşlar kəsim məntəqəsinin yanında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gətirilən heyvanları alıb, elə orada da laborator müayinədən keçirdə, kəsdirə, soydura, doğratdıra bilirlər.

Qurbanlıq heyvan almağa gələn vətəndaşlarla da söhbət edib, təşkil edilən xidmətlərlə bağlı fikirlərini aldıq. Vətəndaşlar bildirdilər ki, təmizlik və digər bu kimi məsələlərdən razı qalsalar da qiymətlərdən narazıdırlar.

Qurbanlıq qoç almaq üçün məntəqəyə gələn Kubra Həsənova söylədi ki, aldığı quzuya 150 manat verib:"Burada 15 kiloqramlıq quzunu 150 manata satırlar. 15 kiloluq quzunun da uzaq başı 7 kiloqram əti olur. Bir az əti çox olan quzular 170 manatdan başlayır. Bu da ötən illərlə müqayisədə qiymətlərin bahalaşması deməkdir".

Digər alıcı Kərim Kərimov bildirdi ki, ətin soyulması və doğranmasına görə 15 manat ödəyib:"Qiymətlər digər yerlərdən elə də fərqlənmir. Bakı ətrafı ərazilərdə də qurbanlıq qoçların qiyməti demək olar ki, eynidir. Ancaq burada təmizlik məsələsi var. Qəssabxanada quzunu digər quzuların yanında kəsirlər. Bu da əslində haramdır. Ona görə də mən burada kəsdirdim. Soymağa 10 manat, doğrayıb paketləməyə qəssab 5 manat aldı, məndən. Bu qiymətlər baha olmasa, digər hər şey qaydasındadır".

AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Musavat.com-a bildirdi ki, səhər saatlarından etibarən qurumun əməkdaşları ərazidə xidmət göstərirlər:"Vətəndaşlara müraciət edərək bildirirəm ki, qurbanlıq heyvanlarını sanitar-gigiyena qaydalarına cavab verən yerlərdə kəsdirsinlər. Bu, ilk növbədə onların sağlamlıq təhlükəsizlikləri baxımından vacibdir. Eyni zamanda şəhərimizin küçələri də antisanitar vəziyyətdən təmizlənir. Heyvan kəsilmədən öncə və sonra hökmən baytarlıq müayinəsindən keçirilməlidir. Küçədə, yol kənarında heyvan kəsimi birmənalı şəkildə yolverilməzdir. Ona görə də aidiyyəti qurumlarla birlikdə 44stasionar heyvan kəsimi məntəqəsi və30çadır tipli kəsim yeri vətəndaşların ixtiyarına verilib.

Səhər saatlarından müşahidə edirik ki, bəzi insanlar səbirsizlik göstərib, çadırlardan kənarda heyvanlarını kəsdirmək istəyirlər. Bunun da qarşısı yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən operativ qaydada alınır. Onu da qeyd edim ki, çadırın içərisindəki bütün kommunal xidmətlər yerli icra orqanları tərəfindən təşkil edilib. Eyni zamanda çadırın ətrafındakı təmizlik işlərinə də onlar nəzarət edirlər. Tərəfimizdən təşkil olunan laboratoriyalar isə pulsuz olaraq vətəndaşlarımızın ixtiyarındadır".

Əli Rais,
Musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300