sitename

        Daha bir icra başçısının biznes siyahısı yayıldı 

 

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların siyahısı yayılıb.

 

Uluyol.az xəbər verir ki, siyahını hərgun.az saytı yayıb. Siyahını təqdim edirik:

 

– Xırdalan şəhərindəki "Titanik” adlı böyük obyekt.

 

– Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi.

 

– Mehdiabad-Fatmayi yolunun üstündəki "Palma” supermarketi, eyni adlı restoran.

 

– Həmçinin, Abşeron ərazisində təndirxanalar.

 

Sayt yazır ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil Binəqədi rayonunun ərazisində yerləşir.

 

Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli "Zümrüd” uşaq bağçasıdır.

 

"Zümrüd” icra başçısının anasının adıdır. Obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova edir.

 

Maraqlıdır ki, Abşeronda , əsas da Xırdalanda uşaq baxçası azdır və vətəndaşlar yer tapmaqda çətinlik çəkir.

 

Bəs niyə başçı baxçanı "Varovski”də tikdirib? "Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və "Zümrüd” Abşeronun kasıb camaatı üçün çox bahalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300