sitename

           Pentaqon: "Çin Sakit okean bölgəsinin ən böyük təhdid faktorudur”

 

"Birləşmiş Ştatlar Çini Sakit okean bölgəsinin sabitliyini pozan əsas faktor hesab edir”.

"Reuters” agentliyinin verdiyi məlumata görə, bu sözlər ABŞ-ın yeni müdafiə naziri Mark Esperə məxsusdur.

Pentaqon rəhbəri rəsmi Pekini "yırtıcı iqtisadi siyasət” yürütməkdə, intellektual mülkiyyəti və qlobal sərvətləri oğurlamaqda günahlandırıb.

"Biz əminliklə inanırıq ki, heç bir dövlətin Sakit okeanda dominantlıq emtəyə ixtiyarı yoxdur. Buna görə də Birləşmiş Ştatlar bölgənin ən zəruri problemlərinin həlli üçün müttəfiqləri ilə çalışacaq”,-deyə müdafiə naziri Avstraliyanın Sidney şəhərində keçrdiyi mətbuat konfransında bəyan edib.

Mark Esper vaxtilə ABŞ-ın monopoliyası sayılan Sakit okean məkanında Çinin ağalığına imkan verməyəcəklərini söyləyib və buna görə rəsmi Pekinə qarşı mübarizə aparmağa hazır olduqlarını bu sözlərlə ifadə edib:

"Biz Çinin hər kəs üçün təşviş və təhdid doğurucu aqressiv davranışlarına qarşı sözümüzü deyəcəyik. Burada söhbət rəsmi Pekinin guya zəruri problemlərini yerinə yetirmək adı altında kütləvi şəkildə silahlanmasından, yırtıcı iqtisadiyyatından, suveren sazişlər üzrə borclarından və dövlət tərəfindən digər ölkələrin intellektual mülkiyyətinin oğurlanmasının təşviq edilməsindən gedir”.

Agentlik ABŞ-ın ən yeni Çinin hərbi texnika ilə təchizatından və onun Cənubi-Çin dənizində süni adalar tikməklə bölgədə özü üçün yeni ərazilər qəsb etməsindən olduqca qəzəbli olduğunu qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300